
Komendant (Şüvəlan)

1 000 ₼
Komendant (Şüvəlan)
Kontrol edildi2 gün önce
Tarih
Numara№3809004
Açıklama
Vəzifə öhdəlikləri:
Ərazinin və təsərrüfatın idarə edilməsi: Evin və həyətyanı sahənin təmizliyinə, səliqəsinə və təhlükəsizliyinə gündəlik nəzarət etmək;
Texniki və kommunal baxış: Su, işıq, qaz, istilik və kondisioner sistemlərinin işləkliyinə nəzarət etmək, nasazlıqları vaxtında aşkar etmək;
Təmir və baxım: Kiçik təmir işlərini şəxsən görmək və ya ehtiyac olduqda usta cəlb edərək işə nəzarət etmək;
Əmlakın və inventarların qorunması: Evdəki və həyətdəki avadanlıqların, inventarların saxlanılmasına və tullantıların vaxtında daşınmasına cavabdeh olmaq;
Sürücülük və daşınma: Tapşırılan avtomobili təmiz və texniki saz vəziyyətdə saxlamaq, zəruri hallarda ailə üzvlərini təyin olunmuş ünvanlara aparıb-gətirmək və təsərrüfat alış-verişlərini etmək;
Giriş-çıxışa nəzarət: Əraziyə daxil olan şəxslərə, avtomobillərə nəzarət etmək və nizam-intizamı təmin etmək;
Hesabatlıq: Görülən işlər, yaranan problemlər və fövqəladə hallar barədə ev sahibinə vaxtında məlumat vermək.
Tələblər:
Yaş həddi: 32–42 yaş;
Ailə tərkibi: Şüvəlanda yerləşən 3 otaqlı evdə ailəsi ilə birgə tam ştat (full-day) yaşayacaq;
Sürücülük vəsiqəsinin olması mütləqdir;
Təsərrüfat və texniki işlər üzrə praktiki bacarıqlara malik olması;
Mədəni, təmkinli, məsuliyyətli və ünsiyyətcil olması;
Operativ və çevik qərar qəbul etmək bacarığı;
Etibarlı və diqqətli olması;
Zərərli vərdişlərinin olmaması;
Uzunmüddətli əməkdaşlığa maraqlı olması.
Zərərli vərdişləri olmamalıdır.
İş şəraiti:
İş qrafiki: 6/1 (həftədə 1 gün istirahət);
Yaşayış yeri: Şüvəlan ərazisində 3 otaqlı tam şəraitli ev (yaşayış pulsuzdur);
Əməkhaqqı: 1000 AZN (Net);
Əmək müqaviləsinə əsasən rəsmiləşdirilmə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 05.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-komendant-suvelan-152956
Benzer ilanlar












Damla



