İş şəraiti
Hibrid iş formatı – həm ofisdə, həm də ofisdən kənarda fəaliyyət;
İş saatları: 10:00–17:00;
İlkin adaptasiya və iş prosesinin öyrənilməsi ofisdə həyata keçirilir;
Potensial və mövcud korporativ müştərilərlə görüşlər keçirilir;
Müştəri görüşləri və iş planına uyğun olaraq bəzi günlərdə iş rejimində çeviklik mümkündür;
İş prosesi şirkətin daxili qaydaları və müəyyən edilmiş satış planına uyğun təşkil olunur.
Əmək haqqı və motivasiya
Aylıq əmək haqqı: 1000–1500 AZN;
Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi;
Bonus məbləği satış nəticələrinə və müəyyən edilmiş hədəflərin icrasına uyğun hesablanır;
Yüksək satış nəticələri göstərən əməkdaş üçün əlavə gəlir əldə etmək imkanı;
Peşəkar inkişaf və şirkətin təqdim etdiyi müxtəlif xidmətlər üzrə biliklərin artırılması imkanı.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər:
Satış sahəsində 1–3 il iş təcrübəsi;
B2B və korporativ satış təcrübəsinin olması üstünlükdür;
Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Müştəri ilə düzgün münasibət qurmaq və ehtiyacı müəyyənləşdirmək bacarığı;
Satışı nəticəyə çatdırmaq və yeni müştərilər cəlb etmək istəyi;
Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma;
Azərbaycan dilində səlis danışıq; rus dili biliyi üstünlükdür;
Səliqəli xarici görünüş və işgüzar ünsiyyət mədəniyyəti;
Xanım və bəy namizədlər müraciət edə bilər.
Vəzifə öhdəlikləri:
Potensial korporativ müştərilərin araşdırılması və yeni müştərilərin cəlb edilməsi;
Şirkətin mühasibatlıq, maliyyə, HR, idarəetmə və proqram təminatı sahəsində təqdim etdiyi xidmətlərin korporativ müştərilərə tanıdılması və satışının həyata keçirilməsi;
Telefon, e-mail, WhatsApp, LinkedIn və digər kommunikasiya kanalları vasitəsilə potensial müştərilərlə əlaqələrin qurulması;
Müştərilərin biznes ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təklif edilməsi;
Korporativ müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
Müştərinin ehtiyacına uyğun kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
Satış danışıqlarının aparılması və müştərilərin sual və etirazlarının düzgün şəkildə idarə olunması;
Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənilməsi;
Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və əlavə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi;
Müştəri məlumatlarının və satış nəticələrinin CRM sistemində qeydiyyatının aparılması;
Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi;
Bazar və rəqib şirkətlərin araşdırılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi;
Satış fəaliyyəti ilə bağlı rəhbərliyə mütəmadi məlumat və hesabatların təqdim edilməsi.
Maaş: 1000-1500 AZN
İş təcrübəsi: 1 ildən 3 ilə qədər