Künc divanı – L formalı, sağ tərəf uzun oturacaqla. Yumşaq toxumalı, boz-qəhvəyi rəngli döşəmə parçası, kapitonaj (düyməli) işləməli arxa və qol hissələri. Qol hissələrində dekorativ xalqa aksesuarları. Qızılı rəngli oyma üslublu ayaqlar, yüksək konstruksiya sayəsində təmizlik üçün alt hissəyə rahat çıxış. Geniş oturacaq dərinliyi və bel dayağı, 3-4 nəfər üçün rahat yerləşmə imkanı. Klassik-modern dizayn, qonaq otağı və geniş dəhlizlər üçün uyğundur. Rəng və tekstura müxtəlif interyerlərlə asan uyğunlaşır.