Prayk
Layihə koordinatoru (Rəqəmsal məhsulların inkişafı) — İT, telekommunikasiya, Bakı
Anlaşmalı

Layihə koordinatoru (Rəqəmsal məhsulların inkişafı)

Kontrol edildiBugün

№6400738·Görüntülenme: 23

Açıklama

API inteqrasiyalarının qeydiyyatı, planlaşdırılması və icrasının koordinasiyası;API inteqrasiyaları üzrə statusların, mərhələlərin və asılılıqların izlənməsi, gecikmə və risklərin vaxtında eskalasiyası;Layihələrin sənədləşmə proseslərinin aparılması və aidiyyəti hesabatların hazırlanması;Layihənin uğurla icrası üçün tələb olunan məlumatların toplanması, sistemləşdirilməsi və analiz edilməsi;Görüşlərin təşkili, protokollaşdırılması və qəbul olunan qərarların icrasına nəzarət edilməsi;Dövlət və özəl təşkilatların informasiya sistemləri arasında inteqrasiya proseslərinə dəstəyin göstərilməsi, texniki komandalarla uyğunlaşdırılması və izlənməsi;Texniki və qeyri-texniki tərəflər arasında körpü rolunun icra edilməsi (biznes – texniki komanda – qurum);API inteqrasiyaları üzrə sadə texniki sənədlərin (checklist, flow, qeydiyyat formaları və s.) hazırlanmasında iştirak;Test, pilot və istismara qəbul (go-live) mərhələlərində koordinasiya və nəzarətin həyata keçirilməsi;İnteqrasiya olunan xidmət və sistemlər üzrə operativ problemlərin izlənməsi, aidiyyəti tərəflərlə birlikdə həllinə dəstəyin göstərilməsi. Tələblər: İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;Rəqəmsal / İT layihələrin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi;API-lərlə işləmə bacarığı: REST API prinsipləri, request/response məntiqi, basic JSON strukturlarının oxunması və başa düşülməsi;API inteqrasiyaları üzrə funksional və texniki tələblərin başa düşülməsi, texniki komandalarla effektiv kommunikasiya bacarığı;Dövlət və özəl təşkilatlarla işləmə təcrübəsi, inteqrasiya proseslərinin təşkili, koordinasiyası və izlənməsi bacarığı;Jira, Confluence, ClickUp kimi layihə və tapşırıq idarəetmə alətləri ilə ilkin və ya orta səviyyədə iş təcrübəsi;Elektron sənəd dövriyyəsi, daxili informasiya sistemləri və rəsmi yazışmalarla işləmək bacarığı;Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət;İngilis dili – yüksək səviyyə (texniki sənədlərin oxunması və yazışmalar üçün), rus dili – arzuolunandır;Analitik düşüncə, detallara diqqət, prioritetləşdirmə və koordinasiya bacarığı. Vakansiya növü: Tam ştat Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-layihe-koordinatoru-reqemsal-mehsullarin-inkisafi-8711594/apply
REKLAM