Prayk
Lead Railway Construction Engineer — Sənaye, istehsal
Anlaşmalı

Lead Railway Construction Engineer

OrijinalBugün
Tarih
Görüntülenme
6
Numara
№4984050

Açıklama

Reporting to: COO/ Engineering Manager Business Unit: Operations Work location: Baku Department: Engineering Manage Others: Yes Country: Azerbaijan Business Need / Purpose of Role: Bu vəzifə yalnız qatarların hərəkətini idarə edən və ya stansiyada növbə çəkən mütəxəssis deyil. Bu şəxs zavodun bütün dəmir yolu sisteminin necə layihələndiriləcəyini, nə qədər yük və vaqon qəbul/göndərməli olduğunu, yolların və manevr sahələrinin necə təşkil olunacağını, sistemin zavodun 5.3 milyon ton gücünə necə uyğunlaşdırılacağını və son nəticədə onun necə istismar ediləcəyini texniki baxımdan idarə edən Lead/Senior səviyyəli mütəxəssisdir. Mühəndis HBI zavodunun dəmir yolu sisteminin Konsept və “Basic Design” mərhələsindən “Detailed Design”, tikinti, təhvil vermə və kommersiya istismarına qədər bütün layihə dövrünə texniki rəhbərlik edir. Əsas məqsəd zavodun dəmir yolu infrastrukturunun istehsal, logistika, materialların qəbulu və göndərilməsi sistemləri, materialların daşınması sistemləri və xarici dəmir yolu şəbəkəsi ilə tam inteqrasiyasını təmin etməkdir. Key Responsibilities: Zavodun ümumi dəmir yolu stansiyası konsepsiyasının hazırlanmasına və texniki yoxlanılmasına rəhbərlik etmək. Buraya dəmir yolu yollarının yerləşmə sxemi, qatarların qəbulu və göndərilməsi yolları, manevr və çeşidləmə yolları, yükləmə-boşaltma sahələri, dəmir yolu tərəzisi, lokomotiv infrastrukturu və xarici dəmir yolu şəbəkəsinə qoşulma daxildir. Dəmir yolu əməliyyatlarının iş prinsipini (Railway Operating Philosophy) hazırlamaq və təsdiqləmək: qatarların qəbulu, vaqonların boşaldılması və yüklənməsi, vaqonların hərəkəti, qatarların formalaşdırılması, manevr əməliyyatları və qatarların göndərilməsi. Dəmir yolu infrastrukturunun və onun buraxılış qabiliyyətinin (capacity) zavodun istehsal gücü və logistika tələbləri ilə uyğunluğunu təmin etmək. Sistem illik 5.3 milyon ton yük dövriyyəsini (5.3 Mtpa) təmin etməlidir. Dəmir yolu sisteminin kapasitəsi, qatar hərəkəti, vaqon axını və əməliyyat göstəricilərini hesablamaq və ya texniki baxımdan yoxlamaq; mümkün darboğazları (bottlenecks) müəyyən etmək və sistemdə tələb olunan əməliyyat ehtiyatını (operational reserve) qiymətləndirmək. Design for Operability prinsipini tətbiq etmək — layihələndirilən dəmir yolu sisteminin real istismar şəraitində praktik, təhlükəsiz, texniki xidmət üçün əlverişli və iqtisadi cəhətdən səmərəli olmasını təmin etmək. Dəmir yolu üzrə Basis of Design, Design Criteria, track layout və profile-lar, texniki spesifikasiyalar, hesablamalar, tender sənədləri, tikinti çertyojları və as-built sənədlərinə texniki baxış keçirmək və onları təsdiqləmək. Dəmir yolu sistemi üzrə texniki riskləri, digər sistemlərlə texniki interfeysləri və standartlardan və layihə tələblərindən kənarlaşmaları müəyyən etmək və idarə etmək. Dəmir yolu sisteminin aşağıdakı sahələrlə texniki inteqrasiyasını və koordinasiyasını təmin etmək: istehsal texnologiyası (process technology); materialların daşınması sistemləri (material handling); anbar və saxlama sistemləri; logistika; avtomobil yolları; utilities; avtomatika və siqnalizasiya; xarici dəmir yolu infrastrukturu. Layihəni dəmir yolu infrastrukturu sahibləri, dəmir yolu operatorları, daşıyıcı şirkətlər, dövlət qurumları, EPC podratçıları, layihələndiricilər, avadanlıq və xidmət təchizatçıları və gələcək zavod əməliyyat komandası ilə texniki müzakirələrdə təmsil etmək. Tikinti, inspeksiya, testlər, commissioning və start-up mərhələlərində texniki dəstək göstərmək. Buraya sınaq manevrlərinin (trial shunting), vaqonların qəbulu və göndərilməsinin sınaqdan keçirilməsi və xarici dəmir yolu şəbəkəsi ilə qarşılıqlı əlaqənin yoxlanılması daxildir. Gələcək əməliyyat heyətinin layihənin müvafiq mərhələlərinə cəlb olunmasını təmin etmək və zavod kommersiya fəaliyyətinə başlamazdan əvvəl dəmir yolu sisteminin tam əməliyyat hazırlığını (operational readiness) yoxlamaq. Job Knowledge/ Education/ Qualifications & Skills Education and/or Experience: Dəmir yolu nəqliyyatı, dəmir yolu sistemləri, nəqliyyat infrastrukturu və ya əlaqəli mühəndislik ixtisası üzrə ali texniki təhsil. Dəmir yolu sistemləri üzrə təhsili olan namizədlərə üstünlük verilir. Dəmir yolu sektorunda 10+ il peşəkar təcrübə, xüsusilə Railway Engineer / Railway Systems Engineer və ya analoji mühəndislik vəzifəsində iş təcrübəsi. Dəmir yolu infrastrukturunun layihələndirilməsi və tikintisi üzrə praktiki təcrübə. Xüsusilə dəmir yolu stansiyaları, yük terminalları, çeşidləmə və manevr kompleksləri, train/freight hubs və ya sənaye dəmir yolu obyektləri üzrə təcrübə arzuolunandır. Dəmir yolu sistemlərinin layihələndirilməsi üzrə güclü texniki biliklər və layihələndirilən sistemlərin sonrakı istismarını düzgün qiymətləndirmək bacarığı. Dəmir yolu əməliyyatları üzrə yaxşı praktiki anlayış: qatarların qəbulu və göndərilməsi, manevr əməliyyatları, vaqonların hərəkəti, qatarların formalaşdırılması və yük əməliyyatları. Dəmir yolu layihələrinin Concept / Basic Design, Detailed Design, Construction və Commissioning mərhələlərində iştirak və ya layihəyə texniki rəhbərlik təcrübəsi. Dəmir yolu sisteminin digər layihə sistemləri ilə texniki interfeyslərinin koordinasiyası üzrə təcrübə, o cümlədən istehsal texnologiyası, materialların daşınması sistemləri, logistika və xarici dəmir yolu infrastrukturu ilə inteqrasiya. Dəmir yolu əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təcrübə üstünlükdür. Bununla belə, bu vəzifə yalnız əməliyyat yönümlü mütəxəssis üçün nəzərdə tutulmayıb; əsas profil layihələndirmə və mühəndislik, əməliyyat bilikləri isə vacib əlavə üstünlükdür. Dəmir yolu sisteminin buraxılış qabiliyyətinin (capacity), qatar hərəkətinin, vaqon axınının, mümkün darboğazların (bottlenecks) və istismar qabiliyyətinin (operability) texniki qiymətləndirilməsi üzrə bacarıqlar. Layihə komandaları, layihələndiricilər, EPC podratçıları, dəmir yolu operatorları və digər maraqlı tərəflərlə texniki koordinasiya və effektiv kommunikasiya bacarığı. Rus və Azərbaycan dilləri — tələb olunur. İngilis dili — üstünlükdür, xüsusilə beynəlxalq texniki sənədlərlə və xarici podratçılarla işləmək baxımından. Layihə əsaslı (project-based) iş formatında çalışmağa hazır olmaq. İş yeri: Bakı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 22.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/azerbaijan-metal-company-llc-lead-railway-construction-engineer-154475
REKLAM