Prayk

logistick business development manager

1 200 ₼
Kontrol edildi1 ay önce
Şehir
Bakı
Kategori
Satış
Tarih
Görüntülenme
5
Numara
№2802997

Açıklama

Europe → Azerbaijan istiqamətini inkişaf etdirmək üçün komandamıza təcrübəli və nəticəyönümlü Logistics & Business Development Manager axtarır. Bu vəzifədə məqsəd yalnız mövcud daşımaları idarə etmək deyil. Namizəd öz istiqamətində yeni müştərilər tapmalı, yeni RFQ-lər əldə etməli, logistika həlləri hazırlamalı və şirkət üçün yeni biznes yaratmalıdır. Əsas vəzifələr Avropa → Azərbaycan istiqamətində beynəlxalq yükdaşımaların təşkili; FTL və LTL daşımalarının təşkili; Avropa ölkələrində etibarlı daşıyıcı şəbəkəsinin formalaşdırılması; Müştərilər üçün logistika həllərinin və kommersiya təkliflərinin hazırlanması; Avropadan Azərbaycana yük gətirən potensial şirkətlərin sistemli şəkildə araşdırılması; B2B kanalları vasitəsilə yeni müştərilərlə əlaqələrin qurulması; Yeni müştərilərin şirkətə qazandırılması; Qazanılmış müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması; Daşımanın satış mərhələsindən icraya qədər koordinasiyası. Namizədə tələblər Logistika / freight forwarding sahəsində praktiki iş təcrübəsi; Europe → Azerbaijan istiqaməti üzrə bazar anlayışı; FTL / LTL daşımaları üzrə təcrübə; Freight qiymətlərinin alınması və kommersiya təkliflərinin hazırlanması bacarığı; Yeni müştəri axtarışı və B2B satış təcrübəsi; Avropa daşıyıcıları və freight forwarderlərlə işləmək bacarığı; Danışıqlar aparmaq və müştəri münasibətlərini inkişaf etdirmək bacarığı; Müstəqil işləmək və qərar qəbul etmək bacarığı; Nəticəyönümlü və kommersiya düşüncəsi. Üstünlük veriləcək namizədlər Europe → Azerbaijan daşımalarında real iş təcrübəsi olan; Avropa daşıyıcıları və agentləri ilə formalaşmış əlaqələri olan; Yeni müştəri cəlb etmək və RFQ əldə etmək üzrə real nəticələri olan; Öz istiqamətində bazarı araşdırmaq və yeni biznes yaratmaq bacarığı olan namizədlər. Biz nə təklif edirik? Nəticəyə və təcrübəyə uyğun rəqabətli əmək haqqı; Nəticəyə əsaslanan əlavə qazanc və bonus sistemi; Flexible / hybrid iş qrafiki; Öz istiqamətini müstəqil inkişaf etdirmək imkanı; Peşəkar və uzunmüddətli inkişaf imkanı. Qeyd: Əmək haqqı və əlavə qazanc sistemi namizədin təcrübəsi, peşəkar səviyyəsi və potensialına uyğun olaraq müsahibə zamanı ətraflı müzakirə olunur. Müraciət zamanı qeyd edin: Logistika sahəsində təcrübəniz; Europe → Azerbaijan üzrə təcrübəniz; FTL / LTL üzrə təcrübəniz; Yeni müştəri cəlb etmək üzrə təcrübəniz; Avropa agent və daşıyıcıları ilə iş təcrübəniz; Əvvəlki işinizdə əldə etdiyiniz biznes nəticələri.
REKLAM
WhatsApp