Prayk

Marketinq Meneceri (Qrafik Dizayn Bacarıqları ilə)

Anlaşmalı
Kontrol edildi2 hafta önce
Şehir
Bakı
Tarih
Görüntülenme
25
Numara
№5000709

Açıklama

Vəzifə öhdəlikləri: Hotelin marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Sosial media hesablarının idarə olunmasını və kontent planının hazırlanmasını təmin etmək; Hotelin xidmətləri, kampaniyaları və tədbirləri ilə bağlı reklam materialları hazırlamaq; Sosial media paylaşımları, bannerlər, posterlər, broşürlər və digər vizual materialların dizaynını hazırlamaq; Foto və video kontentin hazırlanması, redaktəsi və paylaşılmasını təşkil etmək; Hotelin brend standartlarına və Accor şəbəkəsinin korporativ tələblərinə uyğun vizual materiallar hazırlamaq; Marketinq kampaniyalarının planlaşdırılması və nəticələrinin təhlilini həyata keçirmək; Hotelin restoran, SPA, tədbir və digər xidmətlərinin tanıdılması üçün marketinq fəaliyyətləri təşkil etmək; Satış şöbəsi və digər aidiyyəti bölmələrlə koordinasiyalı işləmək; Rəqiblərin fəaliyyətini və bazar tendensiyalarını izləmək; Marketinq fəaliyyətləri üzrə hesabatlar hazırlamaq. Namizədə tələblər: Marketinq sahəsində minimum 2 il iş təcrübəsi; Qrafik dizayn sahəsində praktiki təcrübə; Adobe Photoshop, Illustrator və Canva proqramları ilə işləmək bacarığı; Sosial media platformalarının idarə olunması və kontent hazırlanması üzrə təcrübə; Rəqəmsal marketinq və reklam alətləri barədə bilik; Kreativ düşüncə və vizual zövq; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür; Güclü ünsiyyət, planlaşdırma və təşkilatçılıq bacarıqları; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq; Komanda ilə işləmək və bir neçə işi paralel idarə etmək bacarığı. İş şəraiti: Rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik kollektiv; Karyera inkişafı imkanları; Nahar təminatı; Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətə əvvəlki işlərdən ibarət portfolio əlavə edilməsi arzuolunandır. Mövzu hissəsində “Marketinq Meneceri” qeyd etmələri xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/200500/marketinq-meneceri-qrafik-dizayn-bacariqlari-ile
REKLAM