
Bakı2
MEP üzrə mühəndis
MEP üzrə mühəndis
Anlaşmalı
Kontrol edildi6 gün önce
ŞehirBakı
Tarih
Görüntülenme2
Numara№4648410
Açıklama
Əsas vəzifə öhdəlikləri:
Retail obyektləri üzrə MEP işçi layihələrinin (HVAC, elektrik, santexnika, zəif axın) hazırlanması;
Yeni obyektlərin açılışı, renovasiya və modernizasiya üzrə CAPEX layihələrinin planlanması və icrası;
Layihələrin texniki və iqtisadi baxımdan optimallaşdırılması (value engineering);
AutoCAD (və ya Revit) üzərindən işçi çertyojların, sxemlərin və texniki həllərin hazırlanması;
Layihə üzrə BOQ, smeta və investisiya büdcəsinin hazırlanması, xərc və müddət nəzarəti;
Podratçı və subpodratçılar üçün texniki tapşırıqların hazırlanması və koordinasiyası;
Sahədə icra olunan işlərin işçi layihələrə, texniki şərtlərə və normativlərə uyğunluğuna nəzarət;
Layihə dəyişikliklərinin (variation) texniki və maliyyə təsirinin təhlili;
Texniki hesabatların, icra sənədlərinin və CAPEX üzrə aylıq hesabatların hazırlanması;
Obyektlərin təhvil-təslimi və istismara hazırlıq mərhələsində iştirak;
Uzunmüddətli istismar və OPEX xərclərinin azaldılmasına yönəlik texniki həllərin tətbiqi.
Tələb olunan bilik və bacarıqlar:
HVAC, elektrik və santexnika sistemləri üzrə dərin texniki biliklər;
Layihə oxuma, shop drawing və texniki sənədlərlə sərbəst işləmə bacarığı;
Büdcə planlaması, BOQ, smeta və xərc nəzarəti üzrə biliklər;
MEP işçi layihələrinin hazırlanması üzrə praktik təcrübə (mütləqdir);
Texniki normativlər və standartlar (SNİP, EN, ISO və s.) barədə anlayış;
AutoCAD və MS Office proqramlarında sərbəst işləmə bacarığı (Revit biliyi üstünlükdür);
Analitik düşüncə, planlama və məsuliyyətli qərarvermə bacarığı;
Güclü ünsiyyət və koordinasiya qabiliyyəti.
Tələblər:
Ali təhsil (Mexanika, Elektrik və ya əlaqəli mühəndislik ixtisası üzrə);
Retail və ya kommersiya obyektləri üzrə MEP layihələri və CAPEX işlərində minimum 3 il təcrübə;
Şəxsi avtomobilinin olması üstünlükdür;
Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “MEP üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198766/mep-uzre-muhendis
REKLAM






