Prayk

Merçendayzer

500 ₼
Kontrol edildi3 hafta önce
ŞehirBakı
KategoriSatış

№5599473·Görüntülenme: 5

Açıklama

İş ünvanı: Babək prospekti, Əlişir Nəvai küçəsi 17 İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00 Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək. Müraciət qaydası CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. Tələblər: 1–3 il iş təcrübəsi; Ali və ya orta təhsil; Azərbaycan dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi arzuolunandır; Məsuliyyətli, dəqiq və ünsiyyətcil olmaq; Komandada işləmək bacarığı; Səlis nitq və təqdimat bacarığı. Vəzifə öhdəlikləri: Satış nöqtələrində vitrinləri müəyyən edilmiş təlimatlara uyğun olaraq mütəmadi səliqəyə salmaq; Məhsulların son istifadə tarixlərinə nəzarət etmək və bu barədə satış təmsilçilərini məlumatlandırmaq; Satış nöqtələrində və mağazalarda məhsul çeşidlərinin mövcudluğunu və kifayətliliyini mütəmadi yoxlamaq; Şirkətin məhsul çeşidləri haqqında məlumatlı olmaq və məhsulların düzgün təqdimatını təmin etmək; Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması üçün yeni təkliflər irəli sürmək; Potensial müştəriləri aktiv şəkildə axtarmaq və məhsulları təqdim etmək; Müştərilərin şikayət, təklif və rəylərini aidiyyəti üzrə məsul şəxsə çatdırmaq; Satış hesabatlarını mütəmadi olaraq rəhbərliyə təqdim etmək; Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək. Maaş: 500-700 AZN Yaş: 20-35 Təhsil: Orta İş təcrübəsi: 1 ildən 3 ilə qədər

İlanın kaynağı

Orijinal ilanı aç

© LƏZZƏT BAKI MMC boss.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM