Prayk
Mexanika Mühəndisi — Digər, Bakı
Anlaşmalı

Mexanika Mühəndisi

Kontrol edildiDün
Şehir
Bakı
Kategori
Diğer
Tarih
Görüntülenme
5
Numara
№5563104

Açıklama

Avadanlıqlarının texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, təyinatını, iş rejimini və istismarı qaydalarını bilmək və riayət etmək;İstehsalat sahələrində quraşdırılmış avadanlıqların fasiləsiz və təhlükəsiz istismarını təmin etmək; İstehsalat sahələrində yeni avadanlıqların qəbul edilməsi və quraşdırılmasında iştirak etmək; İstehsalat sahələrində istismarda olan avadanlıqların təmiri və xidmətini təşkil etmək;Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;Sınaq və təcrübələrin keçirilməsində və alınmış nəticələrin təhlil olunmasında iştirak etmək;Yeni avadanlıqların qəbulu və quraşdırılması, ağır və həcmli mexaniki vasitələrinin tətbiqi üzrə işlərdə iştirak etmək;İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək;Birbaşa rəhbərinə həftəlik, aylıq və illik hesabatlar hazırlayaraq təqdim etmək. Bütün avadanlıqların qəzasız və etibarı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətlərinin həyata keçirilməsini təşkil etmək;Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək və onlara riayət etmək; Sahə üzrə tətbiq edilən Beynəlxalq standartların tələblərinə riayət etmək. Tələblər: Mexanika mühəndisi və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;Neft-qaz sənayesində mexaniki avadanlıqların istismarı, texniki xidmət və təmir sahəsində minimum 3 il iş təcrübəsi;Neft-qaz qurğularının, istehsalat avadanlıqlarının və texnoloji sistemlərinin iş prinsipləri haqqında biliklər;Təzyiq altında işləyən separator və tutumlar, nasoslar, mexaniki avadanlıqlar üzrə praktik bilik, həmçinin təcrübə;Mexaniki avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması üzrə biliklər;Mexaniki avadanlıqların quraşdırılması, istismara verilməsi və texniki baxış və təmiri üzrə biliklər;Texniki çertyojları, P&İD sxemləri, avadanlıq pasportlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;Mexaniki avadanlıqların etibarlılığının artırılması və istismar müddətinin uzadılması üzrə biliklər;Risklərin qiymətləndirilməsi, İşlərin  icrasına icazə (PTW) prosedurları haqqında biliklər;Təzyiq altında işləyən avadanlıqların təhlükəsiz istismarı üzrə tələbləri bilmək; Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Orta səviyyəli Şirkət: Umid Babek Operating Company Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/uboc/uboc-mexanika-muhendisi-55070689/apply
REKLAM