Prayk
Mexanizasiya üzrə Baş mütəxəssis — Vakansiyalar
1 200 ₼

Mexanizasiya üzrə Baş mütəxəssis

Kontrol edildiBugün
Tarih
Görüntülenme
4
Numara
№4487470

Açıklama

Əsas vəzifə öhdəlikləri: Cəmiyyətin balansında olan kənd təsərrüfatı texnikası, aqreqat, nəqliyyat vasitələri və avadanlıqlarının texniki istismarının, sazlığının və səmərəli istifadəsinin təmin edilməsi; Texnikaların dövri texniki xidmət, profilaktik baxış və təmir qrafiklərinin hazırlanması və icrasına nəzarət olunması; Aqrotexniki tədbirlərin (şum, səpin, dərmanlama, məhsul yığımı və s.) vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün texnika parkının operativ planlaşdırılması və bölüşdürülməsi; Ehtiyat hissələri, sürtkü yağları və yanacaq-sürtkü materiallarına (YSM) olan tələbatın müəyyənləşdirilməsi, sifarişlərin formalaşdırılması və normativlərə uyğun xərcinə nəzarət edilməsi; Texnikaların GPS monitorinq sistemləri vasitəsilə hərəkətinə, yanacaq sərfiyyatına və iş saatlarına operativ nəzarətin həyata keçirilməsi; İşçi heyətinin (mexaniklər, sürücülər, texniki heyət) əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət olunması; Texniki nasazlıqların, qəza və boşdayanmaların səbəblərinin təhlil edilməsi və qarşısının alınması üçün tədbirlər planının hazırlanması; Regionlarda yerləşən təsərrüfat sahələrindəki texnika parkının vəziyyəti ilə bağlı monitorinqlərin keçirilməsi və hesabatların rəhbərliyə təqdim edilməsi; Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların yerinə yetirilməsi; Xidməti zərurətlə əlaqədar ehtiyac yarandıqda regionlara ezamiyyələrdə iştirak edilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası Tələblər: Ali təhsil: (Nəqliyyat, mexanika və ya logistika); İş təcrübəsi: Texnikalarının idarə olunması, nəqliyyat və ya mexanizasiya sahəsində baş mütəxəssis və ya Dispetçer kimi ən azı 2 il iş təcrübəsi (aqrar sektorda təcrübə üstünlükdür); Sertifikatlar: Sahə üzrə müvafiq sertifikatlara malik namizədlərə üstünlük verilir; Texniki və Peşəkar bacarıqlar: Kənd təsərrüfatı texnikaları, GPS sisteminə nəzarət, aqreqatların quruluşu və iş prinsipi haqqında dərin biliklər; Yanacaq sərfiyyatının hesablanması və ehtiyyat hissələrinin sərfiyyatı norma və normativlərini bilməsi; MS Office (xüsusilə MS Excel) proqramlarından sərbəst istifadə bacarığı; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında biliklər. Yumşaq bacarıqlar: Analitik düşünmə, operativ qərarverim və problemləri həlletmə bacarığı; Planlaşdırma və resursları səmərəli idarəetmə qabiliyyəti; Liderlik, komanda ilə işləmə və güclü kommunikasiya bacarıqları; Dəqiqlik və detallara diqqət qabiliyyəti. Əmək şəraiti: Pozitiv və dəstəkləyici iş mühiti İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün) İş vaxtı: 09:00 -18:00 Əmək haqqı: 1200 manat (gross) Müraciət etmək üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mexanizasiya üzrə Baş mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm. Maaş: 1200 AZN Son müraciət tarixi: 12.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-mexanizasiya-uzre-bas-mutexessis-153607
REKLAM