Prayk
Molekulyar bioloq — Vakansiyalar
950 ₼

Molekulyar bioloq

Kontrol edildiBugün
Tarih
Görüntülenme
10
Numara
№6073528

Açıklama

Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Molekulyar bioloq” vəzifəsi üzrə işçi axtarılır. Vəzifə öhdəlikləri: Bitki və bitkiçilik məhsullarında PZR analizlərinin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi; Reaktivlərin və məhlulların hazırlanması, müvafiq şəraitdə saxlanılmasına nəzarət; Yeni müayinə metodlarının tətbiqi, validasiya və verifikasiyasının aparılması; Görülən işlərə dair aktların, aylıq və illik hesabatların hazırlanması; Cihazların performans yoxlamalarının həyata keçirilməsi; Beynəlxalq səriştəlilik sınaqlarında iştirak; Cihaz və avadanlıqlara texniki qulluq göstərilməsi; Analiz nəticələrinin işlənməsi; Təlimatların, planların və formaların hazırlanması. Tələblər: Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil; Sahə üzrə iş təcrübəsi tələb olunmur; Xudat şəhərində və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir. İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09:00–18:00. Əmək haqqı: 950 AZN (6 aylıq təlim və sınaq müddətində nəzərdə tutulan əmək haqqının 50%-i, yəni 475 AZN ödənilir). Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini, daha sonra isə Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra Xudat şəhərində daimi işlə təmin ediləcəklər. Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Molekulyar bioloq” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Maaş: 950 AZN Son müraciət tarixi: 17.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/food-city-kompleks-laboratoriyasi-molekulyar-bioloq-156307
REKLAM