Namizədə dair tələblər:
İqtisadiyyat və ya maliyyə ixtisasları üzrə ali təhsil;
Analitik düşünmə, məlumatları təhlil etmə və riyazi hesablamalar aparmaq bacarığı;
MS Office proqramları, xüsusilə MS Excel üzrə biliklər;
Dəqiqlik, diqqətlilik və yüksək məsuliyyət hissi;
Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Şəxsi avtomobilin olması mütləqdir;
Ezamiyyətlərə və filiallara mütəmadi səfərlərə hazır olmaq.
Vəzifələr:
Filialların borc portfelini təhlil etmək, riskləri və şübhəli halları müəyyənləşdirmək;
Filiallara yerində monitorinq səfərləri həyata keçirmək;
Monitorinq nəticələri əsasında ətraflı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Zərurət yarandıqda mövcud müştərilərin növbədənkənar yoxlanışını həyata keçirmək;
Aşkarlanmış uyğunsuzluqlar və risklər barədə rəhbərliyə məlumat vermək.
Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək.
Şirkət tərəfindən:
Peşəkar inkişaf və öyrənmə imkanı;
Karyera yüksəlişi;
Peşəkar və dinamik iş mühiti;
Əmək müqaviləsi;
İş şəraiti
İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 14.11.2026
© Superfon · jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.