"TELCON" MMC komandamıza CCTV və zəif axın sistemləri üzrə Montajçı axtarır.
Vəzifə öhdəlikləri:
IP və analoq kameraların quraşdırılması və sazlanması;
DVR/NVR sistemlərinin montajı və ilkin konfiqurasiyası;
Access Control və domofon sistemlərinin quraşdırılması;
UTP kabel çəkilişi, RJ45 başlığının vurulması və kabel testlərinin aparılması;
Şəbəkə avadanlıqlarının (Switch, Router, Access Point və s.) quraşdırılması;
Kabel kanalı, boru və digər montaj işlərinin görülməsi;
Layihəyə uyğun avadanlıqların düzgün, səliqəli və keyfiyyətli quraşdırılması;
Avadanlıqlarda yaranan nasazlıqların ilkin diaqnostikası və aradan qaldırılması;
Obyektlərdə texniki və montaj işlərinin təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsi.
Namizədə tələblər:
CCTV və zəif axın sistemləri üzrə ilkin iş təcrübəsi;
Elektrik və əl alətlərindən istifadə bacarığı;
Kabel çəkmə və montaj işlərinə praktiki yanaşma;
Məsuliyyətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı;
Öyrənməyə və peşəkar inkişaf etməyə həvəs.
Üstünlük hesab olunur:
Hikvision və / və ya Dahua sistemləri ilə iş təcrübəsi;
Access Control və domofon sistemləri üzrə təcrübə;
Switch, Router, Access Point və digər şəbəkə avadanlıqları ilə işləmək bacarığı;
Sürücülük vəsiqəsinin olması.
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər
© Lacin bey · azjob.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.