
3
Motion dizayner
Motion dizayner
Anlaşmalı
Kontrol edildiDün
Tarih
Görüntülenme3
Numara№4853631
Açıklama
Vəzifə öhdəlikləri:
Şirkətin reklam kampaniyaları (TVC) və sosial media platformaları üçün kreativ motion qrafikaların hazırlanması;
Reklam çarxları, promo videolar, teaserlər və digər rəqəmsal kontentlərin hissələrinin hazırlanması və montajı;
Video materialların montajı, rəng korreksiyası və səs effektləri ilə işlənməsi;
Kreativ komanda ilə birlikdə reklam ideyalarının vizual həllərinin hazırlanması;
Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;
Hazırlanan materialların müxtəlif rəqəmsal platformaların texniki tələblərinə uyğun adaptasiyası;
Paralel layihələrin idarə olunması və tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsi.
Tələblər:
Motion dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;
Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
Motion qrafika, kompozisiya, tipoqrafika və animasiya prinsipləri haqqında bilik;
Video montaj, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) bacarığı;
Sosial media formatları və rəqəmsal reklam kontentlərinin xüsusiyyətləri haqqında bilik;
Kreativ düşüncə və verilən brif əsasında müstəqil vizual həllər hazırlamaq bacarığı;
Detallara diqqət, məsuliyyət və komanda ilə işləmək bacarığı;
Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;
Tələb olunanlara uyğun portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi.
Üstünlük hesab olunur:
3D motion qrafika və vizual effektlər üzrə təcrübə;
Reklam agentliyi sektorunda iş təcrübəsi.
Qeyd: Portfolio təqdim edilməsi mütləqdir.
İş şəraiti:
5 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları e-mail vasitəsilə mövzu yerinə “Motion dizayner” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 19.11.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Kristal jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM













