Prayk

Mühəndis

2 500 ₼
Kontrol edildi2 hafta önce
Şehir
Bakı
Tarih
Görüntülenme
3
Numara
№3347384

Açıklama

İş yeri: Company İş rejimi: 6 günlük Əmək haqqı: Razılaşma əsasında + əlavə Biz, Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olaraq, premium yaşayış kompleksləri və iri miqyaslı layihələrin uğurla həyata keçirilməsi üzrə ixtisaslaşmışıq. Bu istiqamətdə komandamıza təcrübəli Tikinti Mühəndisi axtarırıq. Yaş həddi: 40+ Kişi namizədlər İnşaat mühəndisliyi üzrə ali təhsil; Çoxmərtəbəli yaşayış binalarının tikintisində minimum 5 il təcrübə; Dəmir-beton işləri üzrə dərin praktiki biliklər; Layihə və işçi cizgilərin sərbəst oxunması və sahədə tətbiqi bacarığı; Tikinti norma və standartları (AZS, SNİP və s.) üzrə biliklər; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Sahədə operativ qərarvermə, məsuliyyət və komanda ilə işləmək bacarığı. Çoxmərtəbəli binaların tikinti prosesinə sahədə gündəlik texniki nəzarətin həyata keçirilməsi; Monolit dəmir-beton konstruksiyaların (armatur, beton, qəlib) icrasının layihə və texniki tələblərə uyğunluğunun təmin edilməsi; İşçi cizgilərin və layihə sənədlərinin sahədə düzgün icrasına nəzarət; Podratçı və işçi briqadalarının işinin koordinasiyası; Görülən iş həcmlərinin ölçülməsi, yoxlanılması və icra sənədlərinin (aktların) hazırlanması; Tikinti qrafikinin icrasına nəzarət və proseslərin vaxtında yerinə yetirilməsinin təmin edilməsi; Sahədə texniki problemlərin operativ həlli və rəhbərliyə məlumat verilməsi; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət. Əmək haqqı: 2300-2500 AZN
REKLAM