Prayk
Nissan Pathfinder, 3.3 L, 1998, 76 100 km 99-QZ-075 — Avtomobillər, Bakı
8 200 ₼

Nissan Pathfinder, 3.3 L, 1998, 76 100 km

Benzer ilanların çoğundan pahalı
11 benzer ilanın ortalama fiyatı 6 500 ₼ — bu ilan yaklaşık 1 700 ₼ (%26) daha pahalı.
Bu ilan
ucuzbenzer ilanların çoğupahalı
Benzer ilanların çoğu bu aralıkta: 5 650 ₼ – 7 400 ₼
Satıcıya 6 500 ₼ teklif edebilirsiniz — benzer ilanların ortalama fiyatı yaklaşık bu.
Fiyat geçmişi−5%
SatılıkKopyaİkinci el1 ay önce
Şehir
Bakı
Kategori
Otomobiller
Marka
Nissan
Model yılı
1998 il
Kilometre
76100 km
Motor hacmi
3.3 L
Vites kutusu
Manuel
Kasa tipi
Arazi / SUV
Renk
Yeşil
Yakıt tipi
Benzin
Motor gücü
150 a.g.
Çekiş
4x4
Koltuk sayısı
5
Hangi pazar için üretilmiş
Amerika
Hasarsız
Evet
Boyasız
Evet
Takas mümkün
Evet
Tarih
Görüntülenme
28
Numara
№2385589

Açıklama

Nissan Pathfinder R50 — VG33E 3.3 • 150 a.g. • Mexanika Avtomobil atamın şəxsi maşınıdır. Satış üçün alınıb-satılan və ya qısa müddət istifadə olunmuş avtomobil deyil. Uzun illər ailəmizdə olub və vaxtında qulluq edilib. Yaşına görə avtomobil çox layiqli və baxımlı vəziyyətdədir. Həm texniki, həm də vizual vəziyyətinə diqqət olunub. Avtomobilə qulluq zamanı keyfiyyətli və əsasən orijinal ehtiyat hissələrindən istifadə edilib. Görülən işlərin və dəyişdirilən hissələrin tarixçəsi qeyd olunub. 🔹 Nissan Pathfinder R50 🔹 VG33E — 3.3 benzin, 150 a.g., SOHC 12V 🔹 Mexaniki sürətlər qutusu 🔹 4x4 🔹 Hazırkı yürüş: təxminən 333 000 mil Ən vacib məqamlardan biri — 13.01.2019 tarixində, 285 700 mil yürüşdə mühərrik yenisi ilə əvəz olunub. Hazırkı yürüşə əsasən yeni mühərrik cəmi təxminən 47 300 mil / 76 100 km işləyib. Mühərrik dəyişdirilərkən yalnız mühərrik deyil, avtomobil üzərində böyük həcmdə profilaktik və texniki işlər görülüb: soyutma sistemi, radiator, termostat və şlanqlar, alışdırma sistemi, yanacaq sistemi, mufta komplekti, mühərrik və transmissiya elementləri, sükan sistemi, sensorlar və digər hissələr yenilənib. Kondisioner işlək vəziyyətdədir və qazı doldurulub. Salon yaşına görə yaxşı saxlanılıb. Son qulluq işlərindən: 331 644 mil — şamlar dəyişdirilib. 331 721 mil — bütün mühərrik kəmərləri dəyişdirilib. Bundan əlavə illər ərzində mühərrik yağı və filtrlər vaxtında dəyişdirilib, sürətlər qutusu, razdatka, ön və arxa diferensial yağları dəyişdirilib, asqı, əyləc, sükan, mufta, generator, soyutma və yanacaq sistemləri üzrə müxtəlif profilaktik işlər görülüb. Texniki pasportda mühərrik nömrəsiz göstərilib, yəni mühərrik nömrəsi ilə bağlı sənəd problemi yoxdur. Maşının bütün qulluq tarixçəsi məndə var — hansı tarixdə, hansı yürüşdə nə dəyişdirilib, hamısı qeyd olunub. Real alıcıya ətraflı göstərə bilərəm. Bu, ideal vəziyyətdə “salondan çıxmış” avtomobil kimi təqdim edilmir — avtomobilin yaşı var. Amma öz yaşına görə həqiqətən yaxşı qorunmuş, qulluq edilmiş və uzun müddət istifadə üçün saxlanılmış Pathfinder-dir. Baxış zamanı avtomobilin vəziyyətini özünüz qiymətləndirə bilərsiniz. Real alıcı ilə avtomobilin yanında qiymət barədə danışmaq olar.
REKLAM
WhatsApp