Prayk

Ofisiant

550 ₼
Kontrol edildi2 hafta önce
Şehir
Bakı
Kategori
Diğer
Tarih
Görüntülenme
6
Numara
№3304502

Açıklama

Öhdəliklər: Masaların xidmət üçün hazırlanması, operativ və nəzakətli xidmətin təmin edilməsi; Qonaqlara menyuları təqdim etmək və menyu elementləri ilə bağlı aydın təsvirlər və izahlar vermək, sualları cavablandırmaq və ya tövsiyələr vermək; Seçim qabağı dəqiq qeydlərin aparılması, operativ şəkildə və nəzakətlə qonaqların sifariş etdiyi qida və içkilərin təqdim olunması; Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək; Qida və içki menyularını dəqiq bilmək, qonaqlara seçim zamanı əhatəli məlumat vermək; Mətbəxə və bara sifarişlərlə bağlı aydın məlumat vermək, sifarişlərin qeydiyyatını restoran qaydalarına uyğun olaraq həyata keçirmək; Masaların təmizliyinə nəzarət etmək; Zalda masaların düzülüşü, təmizliyi və menyuların yerləşdirilməsi; Xidmət sahələri və ətraf ərazilərin təmiz və səliqəli olması üçün davamlı yoxlanışlar etmək; Servis alətlərinin və ləvazimatlarının tam və hazır olmasını yoxlamaq, əksikliklərin aradan qaldırılması; Qonaqların şikayətlərini və rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün tədbirlər görmək; Xidmət standartlarına (servis qaydaları, davranış mədəniyyəti, təqdimat tərzi və s.) əməl etmək; Şəxsi gigiyena qaydalarına, geyim formasına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Restoranın ümumi səliqə-sahmanına nəzarət etmək; Tələblər: Müvafiq sahədə 1-2 il iş təcrübəsi; Əla ünsiyyət qurma bacarığı; Dinləmə mədəniyyəti, etik davranış qaydalarına sahib olmaq; Gülərüz olmaq, komandada işləmək bacarığı; Rus və ingilis dili biliklərinin olması; Fərdi keyfiyyət göstəriciləri: Ünsiyyətlilik; Müştəriyönümlülük Məsuliyyətlilik; Satış bacarıqlarının olması; Komandada işləmək bacarığı; Səlis nitq gülərüz təqdimat və ünsiyyət bacarığı Əlavə məlumat: Əmək haqqı: 550-600 Azn (razılaşma yolu ilə) Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 6 iş günü, 1 gün istirahət; Qidalanma və forma şirkət tərəfindən qarşılanması Ünvan: Nizami küç.77 (Tarqovu) Nana Restoran Vakansiya ilə marağlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya (055-) Yıldırım bəy nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İlanın kaynağı

Orijinal ilanı aç

© Grand Midway Hotel busy.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM