
Bakı7
Ofisiant (xanım)
Ofisiant (xanım)
500 ₼
Kontrol edildiDün
ŞehirBakı
Tarih
Görüntülenme7
Numara№6231850
Açıklama
Freezone Game Center — Bakıda (Xalqlar metrosu yaxınlığında) yeni açılan 260 m²-lik oyun mərkəzidir: PlayStation kabinələri, PC-zona və racing simulyator. Müştərilərimiz əsasən 18–30 yaş arası gənclərdir. Komandamıza gülərüz və məsuliyyətli ofisiant axtarırıq.
İŞ BARƏDƏ MƏLUMAT
• İş qrafiki: həftədə 6 iş günü, 1 gün istirahət
• Əmək haqqı: 450 AZN sabit + çaypulu (bəxşiş)
TƏKLİFLƏRİMİZ
• 450 AZN sabit əmək haqqı + çaypulu
• Yemək və forma şirkət tərəfindən
• Gənc və mehriban kollektiv
• İşə başlayarkən PlayStation və klub sistemi üzrə qısa təlim
• Azərbaycan dilində sərbəst danışıq
• Səliqəli, gülərüz və nəzakətli olmaq; müştərilərlə mədəni ünsiyyət
• Məsuliyyətli və punktual olmaq, növbəyə vaxtında gəlmək
• Cəld və çevik olmaq
• Komanda ilə işləmək bacarığı və kollektivə uyğunlaşma
• Gənc və dinamik müştəri auditoriyası ilə işləməyə hazır olmaq
• Pul hesabatında dəqiqlik
ÜSTÜNLÜK VERİLİR
• Kafe, restoran və ya oyun klubunda iş təcrübəsi olanlara
• PlayStation və populyar oyunlardan (EA FC, Mortal Kombat, GTA, Fortnite və s.) anlayışı olanlara
• Yaxın ərazidə yaşayanlara
• Müştəriləri qarşılamaq, kabinələrə və PC-zonaya yönləndirmək
• Sifarişləri qəbul etmək və kabinetlərə / oyun yerlərinə çatdırmaq
• Menyunu, qiymətləri və oyun tariflərini bilmək, müştərilərə məlumat vermək
• Sifarişləri kassa / klub proqramında qeyd etmək, hesabı bağlamaq
• Zalın, barın və kabinetlərin səliqəsini saxlamaq; seans bitdikdən sonra kabinəni növbəti müştəri üçün hazırlamaq
• Sadə texniki kömək: oyunu işə salmaq, joystick dəyişmək, problem olduqda administratora bildirmək
• Bar ehtiyatlarına nəzarət etmək, azalan məhsullar barədə rəhbərliyə məlumat vermək
Əmək haqqı: 450-500 AZN
İlanın kaynağı
Orijinal ilanı aç© Freezone Game Center azjob.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM









