
Bakı9
Onlayn sifariş bölməsinin rəhbəri

Anlaşmalı
Onlayn sifariş bölməsinin rəhbəri
Kontrol edildiBugün
Açıklama
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Online sifariş bölməsinə daxil olan komandaların effektiv idarə edilməsinin, iş bölgüsünün və əməliyyat proseslərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi; İş qaydalarının, prosedurlarının, iş qrafiklərinin və FAQ sənədlərinin hazırlanması, yenilənməsi və onların düzgün icrasına nəzarət edilməsi; Əməkdaşlarla fərdi və qrup görüşlərin təşkil edilməsi, fəaliyyət nəticələrinin qiymətləndirilməsi və iş keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi; Komanda üzvlərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə təlim və inkişaf proqramlarının təşkil edilməsi; Komandalar üzrə aylıq hesabatların hazırlanması, əsas fəaliyyət göstəricilərinin (KPI) izlənməsi, nəticələrin təhlil edilməsi və müəyyən edilmiş hədəflərə nail olunmasının təmin edilməsi; Komandalar üzrə satış bonuslarının müəyyən edilmiş qaydalara uyğun hesablanması və nəticələrin düzgünlüyünə nəzarət edilməsi; Sifarişlərin emalı, müştərilərlə əlaqə, sifarişlərin təsdiqi və digər əməliyyat proseslərinin effektivliyinin izlənməsi yaranan problemlərin araşdırılması və operativ həllinin təmin edilməsi; Müştəri müraciətlərini, şikayətlərini, əməkdaşların rəylərini və əməliyyat göstəricilərini təhlil edərək xidmət keyfiyyətinin yüksəldilməsi və satış nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması; İstifadə olunan informasiya sistemləri və platformalarda yaranan texniki və funksional problemlərin araşdırılması müvafiq İT komandaları və platforma təmsilçiləri ilə koordinasiyanın təmin edilməsi; Əməliyyat proseslərində səmərəliliyin artırılması, təkrarlanan problemlərin aradan qaldırılması və iş axınlarının optimallaşdırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi; İş yükünü, sifariş həcmini və xidmət səviyyəsini təhlil edərək əməkdaş resurslarının düzgün planlaşdırılmasının və səmərəli istifadəsinin təmin edilməsi; Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlığın və proseslər üzrə effektiv koordinasiyanın təmin edilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.
Vakansiya növü: Tam ştat
Şirkət: Kontakt Home
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-onlayn-sifaris-bolmesinin-rehberi-57759422/apply
REKLAM










