
Bakı8
Pasiyent koordinatoru
Pasiyent koordinatoru
800 ₼
Kontrol edildi1 ay önce
Açıklama
DNA Clinic (Tüp bebek merkezi) komandamıza pasiyentlərlə işləməyi sevən, təşkilatçılıq qabiliyyəti yüksək və məsuliyyətli Pasiyent koordinatoru axtarırıq.
Bu vəzifədə əsas məqsəd xaricdən müalicə üçün müraciət edən pasiyentlərin bütün proses boyunca koordinasiyasını təmin etməkdir.
Tələblər:
Yüksək təşkilatçılıq və ünsiyyət bacarığı;
Pasiyentlərlə diqqətli, nəzakətli və məsuliyyətli işləmək;
Bir neçə prosesi paralel şəkildə idarə edə bilmək;
Türk dillərində sərbəst ünsiyyət;
Tibbi sahədə iş təcrübəsi və ya tibbi təhsilin olması üstünlükdür;
Klinika, xəstəxana və ya pasiyent koordinasiyası sahəsində əvvəlki təcrübə üstünlükdür.
Vəzifə öhdəlikləri:
Müalicə üçün müraciət edən pasiyentlərlə mütəmadi əlaqə saxlamaq;
Pasiyentin müalicə planı ilə bağlı həkim və tibbi komanda arasında koordinasiyanı təmin etmək;
Lazımi analiz, tibbi sənəd və məlumatların toplanmasını izləmək;
Xaricdən Azərbaycana gələcək pasiyentlərin müalicə tarixlərinin və klinika ziyarətlərinin planlaşdırılmasına dəstək olmaq;
Pasiyentlərin səfər, transfer, yerləşmə və klinik proseslə bağlı məlumatlandırılmasını və koordinasiyasını təmin etmək;
Müalicə müddətində pasiyentin suallarını cavablandırmaq və prosesin problemsiz irəliləməsini izləmək;
Pasiyent məlumatlarını və müalicə mərhələlərini CRM sistemində qeyd etmək.
Maaş: 800 AZN
Yaş: 20-35
Təhsil: Natamam ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
İlanın kaynağı
Orijinal ilanı aç© DNA Medikal MMC boss.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM


