Prayk
Pedaqoq — Təhsil və elm
Anlaşmalı

Pedaqoq

Kontrol edildiBugün

№6470638·Görüntülenme: 15

Açıklama

İş şəraiti İş yeri: Bakı şəhəri Məşğulluq növü: Tam ştat İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00 Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək Vəzifə öhdəlikləri Uşaqların yaş və fərdi inkişaf xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etmək; Fərdi inkişaf proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Uşaqların sosial, emosional, koqnitiv və kommunikativ bacarıqlarının inkişafını dəstəkləmək; Fərdi və qrup şəklində inkişafetdirici məşğələlər keçirmək; Tədris materiallarını və inkişafetdirici oyunları uşaqların fərdi ehtiyaclarına uyğun hazırlamaq; Uşaqların davranışlarını, öyrənmə bacarıqlarını və inkişaf dinamikasını müşahidə etmək; Uşaqların müstəqillik və gündəlik həyat bacarıqlarının formalaşdırılmasına dəstək göstərmək; Komandanın digər üzvləri ilə əməkdaşlıq etmək; Gündəlik fəaliyyət və uşaqların inkişaf göstəriciləri üzrə müvafiq qeydlər və hesabatlar hazırlamaq; Uşaqların təhlükəsizliyini, emosional rifahını və fərdi hüquqlarını qorumaq; Müəssisənin daxili qaydalarına, peşə etikası və məxfilik prinsiplərinə riayət etmək. Tələblər Pedaqogika, məktəbəqədər təhsil və ya əlaqəli ixtisas üzrə ali təhsil; Azərbaycan dilində səlis və düzgün ünsiyyət qurmaq bacarığı; Rus dilində sərbəst ünsiyyət qurmaq və tədris aparmaq bacarığı (üstünlük hesab olunur); Uşaqların inkişaf xüsusiyyətləri və müasir təlim metodları haqqında biliklər; Uşaqlarla düzgün və effektiv ünsiyyət qurmaq bacarığı; Səbirli, empatik və məsuliyyətli olmaq; Analitik düşünmə, müşahidə və problem həll etmə bacarığı; Yaradıcı yanaşma və təşəbbüskarlıq; Komanda ilə işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı; Yeni bilik və bacarıqların mənimsənilməsinə, davamlı peşəkar inkişafa açıq olmaq. Üstünlük hesab olunur Məktəbəqədər yaşlı uşaqlarla iş təcrübəsi; Pedaqoji fəaliyyət üzrə əlavə təlim və sertifikatlar; Fərdi inkişaf proqramlarının hazırlanması və tətbiqi üzrə təcrübə; Müasir pedaqoji metod və yanaşmalar haqqında məlumatlılıq; İngilis dili bilikləri. İş şəraiti 5 günlük iş həftəsi, saat 09:00–18:00; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri; Müasir və peşəkar iş mühiti; Peşəkar komanda ilə işləmək imkanı; Təlimlərdə iştirak və davamlı peşəkar inkişaf imkanları; Karyera yüksəlişi imkanları; Namizədin bilik və bacarıqlarına uyğun əməkhaqqı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Pedaqoq” qeyd etməklə göndərə bilərlər. Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 10.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/inclo-school-pedaqoq-157184
REKLAM