Bu perforator beton, kərpic və daş kimi sərt materiallarda deşik açmaq, həmçinin söküntü işləri üçün nəzərdə tutulmuşdur. Ev təmirində, tikintidə və ya peşəkar işlərdə istifadə oluna bilər. Ağırlığı 3 kq-dır, bu da onu idarə etməyi asanlaşdırır. Karpat firması tərəfindən istehsal olunub. Məhsulun qablaşdırmasında perforatorun özü və bir ədəd kəsic (skarpel) daxildir. Kəsic, divarlardan plitka və ya digər materialları çıxarmaq üçün istifadə olunur.