
11
Planlama mühəndisi
Planlama mühəndisi
Anlaşmalı
Kontrol edildi3 gün önce
Tarih
Görüntülenme11
Numara№5896970
Açıklama
Vəzifə öhdəlikləri:
Layihə çizgilərini incələmək, iş tiplərinə görə iş bölgüsü strukturunu və fəaliyyət siyahısını hazırlamaq;
Primavera P6 və MS Project proqramlarında əsas (baseline) icra qrafikini qurmaq;
Podratçıların iş və qiymət qrafiklərini təhlil etmək (zaman və qiymət müqayisəsi) və ümumi qrafiklə uzlaşdırmaq;
Material və avadanlıq tədarükü üçün satınalma qrafikini hazırlamaqda iştirak etmək;
Tikinti sahəsində plan üzrə icranı yerində yoxlamaq, faktiki məlumatları həftəlik toplamaq və qrafiki yeniləmək;
Faktiki icranı baseline ilə müqayisə etmək, gecikmələri və onların səbəblərini aidiyyəti üzrə müəyyən edib rəhbərliyə təqdim etmək;
Gecikmə riski yaranan işlər üzrə bərpa (recovery) planı təklif etmək;
Sahə görüşlərində və həftəlik iclaslarda iştirak etmək, iclas qərarlarını qrafikə əks etdirmək;
Həftəlik və aylıq irəliləmə hesabatlarını, rəhbərlik üçün əsas göstəricilər üzrə qısa icmal (dashboard) hazırlamaq;
Gündəlik sahə hesabatlarının və icra aktlarının qrafiklə uyğunluğunu yoxlamaq;
Tikinti sahəsində plan üzrə icranı yerində yoxlamaq.
Tələblər:
Ali təhsil (inşaat mühəndisliyi ixtisası üzrə);
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması;
İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması;
Yaxşı səviyyədə Excel biliklərinin olması (icmal cədvəllər və formulalarla qısa zaman çərçivəsində işləmə bacarığı);
Daimi bilik və bacarıqlarını inkişaf etdirməli;
Yüksək səviyyədə araşdırma bacarıqların olması;
Ən az bir Tikinti layihəsi başlanğıcından sonuna qədər planlanması və izlənilməsində iştirak etmək iş ardıcıllıqlarını bilmək,işçi əmək tutum norma və standartlarını bilmək .
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Planlama mühəndisi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 12.12.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Kristal jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM







