
Bakı4
Post növbətçisi (Ələt liman sahəsi)

Anlaşmalı
Post növbətçisi (Ələt liman sahəsi)
Kontrol edildiDün
Açıklama
Post ərazisində bütün manevr işlərinin təhlükəsiz və fasiləsiz icrasını təmin etmək, qatarların qəbul və yola salınmasını təşkil etmək;Nəzarət cihazlarının göstəricilərinə əsasən marşrutların düzgün hazırlanmasına nəzarət etmək, uyğunsuzluqlar aşkar edildikdə operativ tədbirlər görmək və nasazlıqları qeydiyyata alaraq stansiya növbətçisini məlumatlandırmaq;Stansiya yollarında qatar və vaqonların Texniki Sərəncam Aktına uyğun olaraq tormoz başmaqları ilə etibarlı şəkildə bərkidilməsini təmin etmək;Stansiya yollarında dayanan hərəkət heyətinin hüdud sütuncuqlarından kənara çıxmamasına nəzarət etmək;Manevr heyətinə hərəkət göstərişi verməzdən əvvəl marşrut üzrə yoldəyişənlərin düzgün vəziyyətdə olmasını yoxlamaq;Siqnal ləvazimatlarının, inventarın və alətlərin tamlığına və yerində olmasına mütəmadi nəzarət etmək;Yoldəyişənlərin vəziyyətini, post rayonunda yerləşən hərəkət heyətini və tormoz başmaqlarının düzgün bərkidilməsini yoxlayaraq təhlükəsizliyi təmin etmək.
Tələblər:
Ümumi təhsil;Növbəli iş rejimi;Dəmir yollarının Texniki İstismar Qaydaları, İşarəvermə Təlimatı, Qatarların hərəkəti və manevr işinə dair təlimatına əsaslanan nəzəri biliklər;Tormoz başmaqları istismarı və saxlanma qaydaları üzrə biliklər;Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.
Vakansiya növü: Tam ştat
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-post-novbetcisi-elet-liman-sahesi-59815298/apply
REKLAM







