
Bakı1
Problemli Kreditlər üzrə mütəxəssis
Problemli Kreditlər üzrə mütəxəssis
Anlaşmalı
Kontrol edildiDün
Açıklama
“Azərbaycan Mikro-Kredit BOKT” ASC Problemli Kreditlər üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
Bölgə: Bakı
İş günləri Bazar ertəsi – Şənbə
Tələblər:
Ali təhsil;
Kredit, problemli kreditlər, kollektor fəaliyyəti və ya bank/BOKT sektorunda minimum 2 il iş təcrübəsi;
Komandada işləmək bacarığı;
Analitik düşüncə və qərarvermə qabiliyyəti;
Danışıqlar aparmaq və müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Nəticəyönümlülük və məsuliyyətlilik.
İşin təsviri
Problemli kreditlər portfelinin idarə olunması və nəzarətdə saxlanılması;
Gecikmiş kreditlərin geri qaytarılması üzrə effektiv strategiyaların hazırlanması;
Borcalanlarla danışıqların aparılması və ödənişlərin bərpası üzrə tədbirlərin görülməsi;
Kredit portfelinin təhlili, risklərin müəyyənləşdirilməsi və rəhbərliyə hesabatların təqdim edilməsi;
Məhkəmə və hüquqi prosedurlara yönləndirilən kreditlər üzrə aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi.
Vakansiya ilə maraqlanan şəxslər CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Problemli Kreditlər üzrə mütəxəssis” qeyd etməklə göndərə bilər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198250/problemli-kreditler-uzre-mutexessis
REKLAM











