Prayk
Qəhvəbişirən DeLonghi Etam 29.660.SB — Qahvə aparatları və maşınları, Bakı
1 449.99 ₼

Qəhvəbişirən DeLonghi Etam 29.660.SB

Fiyat benzer ilanların olağan aralığında
102 benzer ilanın ortalama fiyatı 1 195 ₼ — bu ilan yaklaşık 250 ₼ (%21) daha pahalı.
Bu ilan
ucuzbenzer ilanların çoğupahalı
Benzer ilanların çoğu bu aralıkta: 378 ₼ – 1 774 ₼
55İlan puanıNormal teklifFiyat, ilan geçmişi ve satıcı bilgilerine göre 100 üzerinden 55.Puanın açıklamasına bak
SatılıkKopyaİkinci el2 hafta önce
Şehir
Bakı
Garantili
Evet
Tarih
Görüntülenme
9
Numara
№2887931

Açıklama

Əgər siz qəhvəni çox sevirsinizsə özünüzə Delonghi ETAM 29.660.SB qəhvəbişirənini hədiyyə edin. Bu çoxfunksional qurğu vasitəsilə peşəkar baristaların hazırladığı içkini ev şəraitində əldə etmək olar. Cihazın arxa hissəsində böyük həcmli su rezervuarı yerləşir. Üst hissədə qəhvə dənəcikləri, yanında isə üyüdülmüş qəhvə üçün nəzərdə tutulmuş konteyner var. Üyüdmə dərəcəsini zövqünüzə görə seçə bilərsiniz. Üst hissədə fincanları isidmək üçün panel mövcuddur. İdarəetmə paneli sensorludur. Seçdiyiniz rejim və vacib bildirişlər iri displeydə əks edilir.

Kapuçinator vasitəsilə mükəmməl kapuçino hazırlamaq olar. Bunun üçün kapuçinatorun yanında yerləşən süd konteynerindən istifadə edin. Konteyner Latte Crema System ilə təchiz edilib. Bu sistem vasitəsilə hazırladığınız içkiyə əsasən süd köpüyünün hündürlüyünü seçmək olar. Köpük səviyyəsinin 3 rejimi mövcuddur: yüksək köpük kapuçino, az miqdarda latte üçün və köpüksüz. Əgər siz sadəcə isti süd içmək istəyirsinizsə köpüksüz rejimi seçin. Kapuçinator asanlıqla süddən təmizlənir. Bunun üçün Latte Crema System düyməsini Clean rejiminə çevirin. Konteynerdə istifadə edilməmiş süd qalıbsa onu yerindən çıxardıb soyuducuda saxlamaq olar.

Qəhvəbişirənin təmizlənməsi çox asandır. Hər istifadədən əvvəl özü-özünü təmizləmə rejimi avtomatik işə salınır. Qəhvə hazırlama prosesi isə çox az vaxt sərf edir. "Milk Menu" düyməsinə basıb istədiyiniz içkini seçin. Qalan işi Delonghi ETAM 29.660.SB modeli öz üzərinə götürəcək! Cihaz vasitəsilə espresso, kapuçino, latte, makiato, long, doppio, amerikano hazırlaya bilərsiniz.