
Bakı2
Qeydiyyatçı
Qeydiyyatçı
600 ₼
Kontrol edildiDün
ŞehirBakı
Tarih
Görüntülenme2
Numara№5204904
Açıklama
İş haqqında məlumat:
Struktur bölmə: İdman şöbəsi/Satış və müştəri xidmətləri bölməsi
İş yeri – Kempinski Bayıl Bay binasında yerləşən Bayıl Bay fitnes və SPA
Ünvan – Bayıl qəsəsbəsi, Qurban Abbasov küçəsi 5
İş rejimi: 5 gün, Dəyişən qrafik üzrə (həftədə 2 istirahət günü ilə)
Əmək haqqı: 600 AZN (net)
Könüllü tibbi sığorta (sınaq müddətindən sonra)
Namizədlər üçün tələblər:
Ali təhsil;
Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə ünsiyyət bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
1C proqramı üzrə biliklərin olması;
Yüksək ünsiyyət və müştəri xidməti bacarıqları;
Gülərüz, məsuliyyətli və komandada işləmək bacarığı;
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
Vəzifə öhdəlikləri:
İdman mərkəzinə gələn üzvlərin və qonaqların qarşılanması və qeydiyyatının aparılması;
İdman mərkəzinin xidmətləri, üzvlük paketləri və fəaliyyət qaydaları haqqında məlumatın təqdim edilməsi;
Potensial müştərilərin müraciətlərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
Daxil olan telefon zənglərinin və sorğuların cavablandırılması;
Üzvlük məlumatlarının müvafiq qeydiyyat sistemində düzgün və vaxtında yenilənməsi;
Mərkəzin xidmətləri və məşq proqramları haqqında üzvlərin məlumatlandırılması;
Müştəri müraciətlərinin və şikayətlərinin qəbul edilərək müvafiq şəxslərə yönləndirilməsi;
Qeydiyyat zonasının səliqəli və təqdimata uyğun vəziyyətdə saxlanılması;
Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət edilməsi;
Birbaşa rəhbərin vəzifəyə uyğun digər tapşırıqlarının yerinə yetirilməsi.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.*
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/202018/qeydiyyatci
REKLAM


