Prayk

Qonaq xidmətləri üzrə Nümayəndə / Bellboy

Anlaşmalı
Kontrol edildi1 hafta önce
Şehir
Bakı
Kategori
Diğer
Tarih
Görüntülenme
18
Numara
№5441781

Açıklama

Vəzifə öhdəlikləri Qonaqları otaqlarına qədər müşaiyət etmək, onların baqajını otaqlarına qədər aparmaq, onlara aid məktubları və yaxud otel daxilində ehtiyac olduqları digər məmulatları çatdırmaq; Əsas girişin təmiz və səliqəli qalmasını təmin etmək, şüşədən olan yerlərdə ləklərin olmamasına, əsas qapılara diqqət yetirmək, tullantıların boşaldılması zamanı diqqətli olmaq; Zəng Xidmətləri Şöbəsi tərəfindən daxil olan bütün ismarıcları toplamaq və qeydiyyat kitabında yazmaq; Qonaqlar üçün bütün icra olunan xidmətlərin düzgün qeyd edilməsini və müvafiq istiqamətdə icrasını təmin etmək; Qonaqlara baqajla bağlı kömək etmək üçün Lobidə olmaq, təyin edildiyi şəkildə qonaqlara köməklik göstərmək və bütün baqajın qonaq otaqlarından standart vaxt çərçivəsində yığılmasını təmin etmək; Qaydalara uyğun otaqların dəyişdirilməsinə köməklik etmək; Uzunmüddətli saxlanacaq baqajın düzgün şəkildə saxlanmasını və təhvil verilməsini təmin etmək; Oteldəki bütün təlimatlar və yeniliklər barədə xəbərdar olmaq və qonaqlara lazimi sahədə istiqamət vermək; Departamentin qarşıya qoyulmuş məqsədlərə nail olması və irəliləməsi üçün Ön Ofis idarəetmə işlərində dəstək olmaq; Vəzifəsinə daha yaxşı yiyələnmək və inkişaf etmək üçün təlimdə əldə edilmiş bilik və təcrübədən istifadə etmək və ohdəliklərini yerinə yetirərkən dəqiq olmaq; Gündəlik işləri icra etmək və birbaşa rəhbərə hesabat  vermək; Bütün şöbədaxili təlimatları, siyasəti başa düşmək və onlara  riayət etmək; Tələblər Orta və ya Ali təhsil Müvafiq vəzifə üzrə minimum təcrübə Səlis Azərbaycan dili, İngilis dili, Rus dili orta Son dərəcə məsuliyyətli olmaq Sürücülük vəsiqəsi arzuolunandır Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək qabiliyyətinə malik olmaq İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmaq Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/203050/qonaq-xidmetleri-uzre-numayende-bellboy
REKLAM