Prayk
Qrafik / Motion dizayner — Dizayn
Anlaşmalı

Qrafik / Motion dizayner

Kontrol edildiBugün
Kategori
Tasarım
Tarih
Görüntülenme
1
Numara
№5274681

Açıklama

Vəzifələr: Məhsul, torba, paket, etiket və digər qablaşdırma materiallarının dizayn edilməsi; Çap materiallarının hazırlanması və çapdan əvvəlki hazırlıq (prepress) proseslərinin idarə edilməsi; Sosial media platformaları üçün statik və hərəkətli (motion) vizualların hazırlanması; Video montajı və qısa formatlı video kontentlərin hazırlanması; Brend kitabçasının (Brandbook) yenilənməsi və brend standartlarına uyğun kreativ materialların hazırlanması; Süni intellekt (AI) alətlərindən istifadə etməklə dizayn və kontent hazırlanması proseslərinin optimallaşdırılması. Tələblər: Təhsil: Ali (Marketinq ,Biznesin idarə olunması, PR və Kommunikasiya və digər oxşar sahələr); İş təcrübəsi müvafiq sahədə minimum  2 il; Fərdi keyfiyyətlər - məsuliyyətli , nəticəyönümlü , kreativ , təşəbbüskar, öyrənməyə və inkişaf etməyə açıq; Adobe Illustrator, Photoshop, InDesign, After Effects və Premiere Pro proqramlarında yaxşı səviyyədə işləmək bacarığı; CorelDRAW proqramında işləmək və çapqabağı hazırlıq (prepress) üzrə bacarıq; Packaging Design və Print Design üzrə praktiki təcrübə; Motion Design və video montaj bacarığı; AI alətləri ilə işləmə bacarığı – Adobe Firefly, Midjourney, Runway/Kling və digər generativ AI alətləri; Print & Prepress: CMYK/RGB, Pantone, bleed, dieline, resolution və çap üçün texniki faylların hazırlanması. İş şəraiti: İş yeri: Bakı şəhəri, Ağ şəhər Şirkət tərəfindən naharla təmin edilmə Əmək haqqı və bonus müsahibə əsasında formalaşacaq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Yaradıcı azadlıq — ideyalarını sərbəst ifadə edə biləcəyin və həyata keçirəcəyin mehriban komanda Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 05.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/vatafly-mmc-qrafik-motion-dizayner-154760
REKLAM