Prayk
Risklərin idarə edilməsi şöbəsi/ Şöbə Rəhbəri — Maliyyə
Anlaşmalı

Risklərin idarə edilməsi şöbəsi/ Şöbə Rəhbəri

Kontrol edildiBugün
Kategori
Finans
Tarih
Görüntülenme
3
Numara
№4171564

Açıklama

Təsvir BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslər üzrə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və idarə olunmasına nəzarət etmək; BOKT-nin fəaliyyətinin mövcud bazar şərtlərinə və BOKT-nin strategiyasına uyğun olması üçün lazımi dəyişikliklərlə bağlı rəhbərliyə təkliflər vermək; BOKT-nin əməliyyat və digər fəaliyyət istiqamətləri üzrə daxili qaydaların adekvatlığını qiymətləndirmək, risk yarada biləcək müddəaları müəyyənləşdirmək və təkmilləşdirilməsini təmin etmək; Daxili normativ sənədlərin mövcud qanunvericiliyin və tənzimləyici orqanın tələblərinə uyğunluğunun monitorinqini həyata keçirmək; Müxtəlif ssenarilər üzrə BOKT-nin risklərə dayanıqlığını qiymətləndirmək məqsədilə risk modellərinin hazırlanmasını və stress-testlərin keçirilməsini təşkil etmək; BOKT-nin məhsul, xidmət və biznes proseslərinin risk yönümlü təhlilini həyata keçirmək; Risk limitləri, səlahiyyət hədləri və əsas risk indikatorlarının (KRI) müəyyənləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq; Risklərin qiymətləndirilməsi və təhlilinin nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Risklərin idarə edilməsi üzrə daxili nəzarət mexanizmlərinin effektivliyini təmin etmək və təşkilatda risk mədəniyyətinin (Risk Culture) formalaşdırılmasına rəhbərlik etmək; Risklərin idarə edilməsi şöbəsinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü aparmaq və şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək. Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifə və funksiyaları həyata keçirmək. Tələblər Bank və ya BOKT sektorunda Risklərin idarə edilməsi sahəsində minimum 5 il (ən azı 1-2 il rəhbər və ya aparıcı/baş mütəxəssis vəzifəsində) iş təcrübəsi; Risklərin qiymətləndirilməsi, təhlili və hesabatların hazırlanması üzrə praktiki biliklər; Analitik düşünmə və problem həll etmə bacarığı; Güclü təqdimat və kommunikasiya bacarıqları. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 08.11.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/ideal-kredit-bokt-risklerin-idare-edilmesi-sobesi-sobe-rehberi-153320