Prayk
Rus bölməsi üzrə tərbiyəçi — Təhsil və elm
600 ₼

Rus bölməsi üzrə tərbiyəçi

Kontrol edildiDün
Tarih
Görüntülenme
8
Numara
№4947381

Açıklama

Bağçam Uşaq Bağçaları komandamıza 3–4 yaşlı uşaqlardan ibarət yaş qrupunda çalışacaq, rus dilini sərbəst bilən, qayğıkeş və məsuliyyətli tərbiyəçi axtarırıq! İş şəraiti: İş qrafiki: Həftənin 5 günü, saat 08:00–18:00 Əmək haqqı: 600 AZN Bölmə: Rus bölməsi Yaş qrupu: 3–4 yaş Namizədə tələblər: Məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili; Rus dilini sərbəst bilmək və uşaqlarla gündəlik ünsiyyəti rus dilində aparmaq bacarığı; 3–4 yaşlı uşaqlarla işləmək bacarığı və təcrübəsi arzuolunandır; Erkən yaş dövrünün inkişaf xüsusiyyətlərini bilmək; Uşaqların nitq, təfəkkür, motorika və sosial bacarıqlarının inkişafına dəstək olmaq; Səbirli, qayğıkeş, yaradıcı və məsuliyyətli olmaq; Uşaqların təhlükəsizliyini və gigiyenasını təmin etmək; Komanda ilə işləmək və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı; Bağçanın daxili qaydalarına və təlim-tərbiyə standartlarına riayət etmək. Əsas vəzifələr: 3–4 yaşlı uşaqlar üçün gündəlik fəaliyyət və məşğələlər təşkil etmək; Oyun əsaslı öyrənmə metodlarından istifadə etmək; Rus dilində nitq və ünsiyyət bacarıqlarının inkişafını dəstəkləmək; Uşaqların özünəxidmət, müstəqillik və sosiallaşma bacarıqlarını inkişaf etdirmək; Uşaqların emosional vəziyyətini və fərdi ehtiyaclarını nəzərə almaq; Qrupda təhlükəsiz, mehriban və inkişafetdirici mühit yaratmaq; Uşaqların inkişafını müşahidə etmək və nəticələri izləmək; Valideynləri uşaqların gündəlik fəaliyyəti və inkişafı barədə məlumatlandırmaq. Bizim komandamıza qoşulun! Uşaqların inkişafına töhfə vermək, öz bilik və bacarıqlarını tətbiq etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 600 AZN Son müraciət tarixi: 21.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/bagcam-preschool-network-rus-bolmesi-uzre-terbiyeci-154371
REKLAM