Satılır. Sumqayıt şəhəri, Heydər Parkı yaxınlığında yerləşən 13 mərtəbəli binanın 12-ci mərtəbəsində tam təmirli, əşyalı mənzil. Çıxarış üzrə sahəsi 77,7 kv.m, ümumi sahəsi 81 kv.m-dir. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Qonaq otağında künc divan, LG Smart TV, TV stend, xüsusi sifarişlə hazırlanmış stol və stullar mövcuddur. Mətbəx membran mebeli, stol və stullarla təchiz olunub. Yataq otağında geniş dolab, koridorda əlavə dolab var. LG Dual Inverter kondisioner bütün otaqları soyutmaq imkanına malikdir. DemirDöküm (Atron) kombi sistemi quraşdırılıb. Koridorda və sanitar qovşağında isti döşəmə mövcuddur. Binanın həyətində kamera müşahidə sistemi və gecə mühafizəsi var. Blokun girişində domofon sistemi, lift isə çip (jeton) sistemi ilə işləyir. Mənzil Heydər Parkına yaxın ərazidə yerləşir. Yaxınlıqda 2 orta məktəb, 2 dövlət və bir neçə özəl uşaq bağçası fəaliyyət göstərir. Mənzil kupçalıdır, ipotekaya yararlıdır və sənədləri tam qaydasındadır. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Təmirli, Qaz, Su, İşıq, Kabel TV, Lift, Seyf Qapı, PVC pəncərə, Balkon, Kondisioner, Mətbəx mebeli, Əşyalı, Kombi sistemi
© Prime Əmlak Rovsən · yeniemlak.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.