Xalqlar Dostluğu metrosundan 8 dəqiqə piyada (geniş asfalt yolu) məsafədə yerləşir. E.Suleymanov 158A ünvanında. Rəsmi 2 otaqlı (3 və ya 4 otaq etmək olar) geniş balkon imkan verir Bütün otaqların qarşısında geniş balkon və artırma imkanı (29 kv.m). Sakit, yaşıllıq və ətrafında yüksək mərtəbəli bina olmayan ərazidir (tanıyanlar bilir). Müasir 2 lift: sərnişin və yük. Mənzil 17-ci mərtəbədə yerləşir, liftlər 16-ci mərtəbəyə qalxır. Kupçada rəsmi olaraq MƏNZİL qeyd olunub. İpotekaya yararlı, qanuni yaşayış mənzildir. Müqavilədə 90 kvadrat olub, lakin kupça (çıxarış) 64,2 kv. 24 saat mühafizə Bina altında qaraj və ətrafında rahat avtomobil parklanma imkanı. Kodlu blok, uşaq meydançası, içməli su filtri aparatı, asfalt yol, bina altında 2 market, idman zalları, apteklər, avtomoyka, yaxınlıqda 2 məktəb, uşaq bağçası (10 nömrə və gimnaziya). Təmiri yaxşıdır. Açıq və çox gözəl teras balkon. Mənzil əşyalı satılır. Kombi, 2 kondisioner, ehtiyat su çəni var (su daimi olduğu üçün ehtiyac olmur, lakin hər ehtimal üçün mövcuddur), şəhər telefonu, fiber optik yüksək sürətli internet, kabel TV. Şəkillərdə mənzilin şəraiti, genişliyi və imkanları tam görünmür, yerində real baxanda bilinir. Son qiymətini mənzilə baxış keçirəndə yerində razılaşmaq olar. Real alıcıya endirim olacaq. Vasitəçilərin xidmət haqqı qarşılıqlı razılaşma ilə.
Təmirli, Qaz, Su, İşıq, Telefon, Kabel TV, Lift, Seyf Qapı, PVC pəncərə, Su çəni, Balkon, Kondisioner, Mətbəx mebeli, Əşyalı, Kombi sistemi
© Fərrux · yeniemlak.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.