Diqqətli oxuyun sonra əlaqə saxlayın.
Sumqayıtda əlverişli ərazidə qanuni 2 otaqlı mənzil — nağd və hazır 4%-li ipoteka ilə satış!
Mənzil Gold Qayalının arxasında, 28A binasında, 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Orta mənzildir, səliqəli vəziyyətdədir.
Mənzilin şəraiti:
- Mətbəx mebeli evdə qalır.
- Yeni kombi sistemi və seyf qapısı var.
- Hamamda yanma qazlarını boru vasitəsilə çölə xaric edən motorlu qaz suqızdırıcısı quraşdırılıb.
- İnternet xətti mövcuddur.
- 500 litrlik ehtiyat su çəni, su motoru və hidroforu var.
- Hazırda mənzildə **aylıq 350 manat ödəyən kirayəçi yaşayır.
Yerləşməsi:
Binanın qarşısında 2 məktəb və 1 bağça, arxasında Sumqayıtın ən ucuzlarından olan 3 böyük market və xəstəxana var. Ərazisi genişdir, avtomobil saxlamaq üçün parklanma yeri mövcuddur. Dəmiryol vağzalına piyada təxminən 15 dəqiqəlik məsafədədir.
Satış şərtləri:
Nağd satış qiyməti: 107.000 AZN.
İpotekalı variantda 80.000 AZN mənə ödənilir, qalan 33.000 AZN borcu olan hazır 4%-li dövlət ipotekası bankın təsdiqi ilə alıcının adına keçirilir.
- Hazırkı aylıq ödəniş sığorta daxil cəmi 199 AZN-dir.
- Qalan müddət: 23 il 9 ay.
- Satıcıya ödəniş və bugünkü qalıq borc birlikdə 113.000 AZN edir.
- Ada keçirmə və sənədləşmə işlərinin təşkili, əlaqədar xərclər alıcıya aiddir.
- Alqı-satqı rəsmiləşdikdən sonra mənzili boşaldıb təhvil vermək üçün alıcıdan 1 ay vaxt istənilir.
Ciddi alıcı ilə qiymətdə razılaşmaq olar.
Öz evimdir, vasitəçi deyiləm. Ödəniş müqabilində satışa kömək təklif edən vasitəçilər narahat etməsin.
Əlaqə yalnız elandakı nömrənin WhatsApp-ı vasitəsilədir.
© Emin Mammadov · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.