Nəsimi rayonu, Grand Hayat Residence, Ist Petrol, Qafqaz Hotel, 20 Yanvar və 8 Noyabr metrostansiyalarına yaxın ərazidə yeni tikili binada tam təmirli və əşyalı mənzil satışa təqdim olunur.
Ümumi sahəsi 100 kv.m olan mənzil qanuni 2 otaqlıdır və funksional planlanmaya malikdir. Mənzil geniş giriş dəhlizi, geniş qonaq otağı, ayrıca mətbəx, yataq otağı, sanuzel və eyvandan ibarətdir. Təmir zamanı yüksək keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Mənzil tam təmirli və yaşayış üçün bütün zəruri əşyalarla təmin olunub.
Binada qaz, su və işıq daimidir. Sakinlərin rahatlığı üçün binanın özünəməxsus həyəti və yeraltı qarajı mövcuddur. Sənədləri tam qaydasındadır, çıxarışı (kupça) var.
Mənzil həm rahat yaşayış, həm də gələcəkdə investisiya üçün əlverişli seçimdir. Ərazinin 20 Yanvar və 8 Noyabr metrostansiyalarına yaxın yerləşməsi, nəqliyyat və gündəlik infrastruktur baxımından üstünlük yaradır.
Ofis haqqı 1% təşkil edir.
© Şamil bey · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.