Prayk
Satılık 3 odalı daire (yeni bina), 100 m² — Mənzil, Sumqayıt
245 000 ₼

Satılık 3 odalı daire (yeni bina), 100 m²

İlçe bilinmiyor — aralık tüm şehir içindir, kesin karşılaştırma değil
Bu ilan
ucuzbenzer ilanların çoğupahalı
Ayrıntılı analiz
545 benzer ilanın ortalama fiyatı 172 000 ₼ — bu ilan yaklaşık 72 000 ₼ (%42) daha pahalı.
Benzer ilanların çoğu bu aralıkta: 135 000 ₼ – 199 000 ₼
Bu tür ilanlar ortalama 11 günde kapanıyor
m² fiyatı 2 450 ₼ · Sumqayıt medyanı 1 783 ₼ · 37 % pahalı · ilçe bilinmiyor — tüm şehirle karşılaştırma
Analiz edildiKrediYeni bina3 hafta önce
ŞehirSumqayıt
KategoriDaire
İşlem türüSatılık
Emlak türüDaire (yeni bina)
Oda sayısı3
Alan100 m²
Kat2
НовостройкаEvet
Tapu varEvet
Toplam kat sayısı14
EşyalıEvet
SatıcıMal sahibi

№5526264·Görüntülenme: 33

Açıklama

Salam. Mənzil Sumqayıt şəhəri, 10-cu mikrorayon, Abşeron City yaşayış kompleksində yerləşən 15 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 100 m² olan, 3 otaqlı, geniş dəhlizli, premium təmirli mənzildir. Mənzil satış məqsədilə deyil, şəxsi yaşayış üçün təmir olunub və bütün mebel, məişət texnikası, eləcə də istifadə olunan materiallar yüksək keyfiyyətlə seçilib. Mənzil tam hazır vəziyyətdədir və bütün mebel və məişət texnikası ilə birlikdə satılır. Mənzildə cəmi 3 ay yaşayış olub. Satış səbəbi: Xarici ölkəyə köçdüyümüz üçün mənzil satışa çıxarılıb. Çıxarış (kupça) var. İpotekaya tam yararlıdır. Qaz, su və işıq daimidir. Kombi, isti döşəmə və kollektor sistemi quraşdırılıb. 2 sanitar qovşağı var. 2 balkon (mətbəx və yataq otağından çıxış). 24 saat işləyən sərnişin və yük lifti mövcuddur. Mühafizə, kamera sistemi, kodlu giriş, generator və uşaq meydançası var. Mebellər: Bütün mebellər yüksək keyfiyyətli materiallardan hazırlanıb. Mətbəx mebeli tam MDF, qapıları boyalı MDF-dir və Blum mexanizmləri ilə peşəkar usta tərəfindən yığılıb. Mətbəx masa və stul dəsti – JYSK (Danimarka). Divan – Viva (Türkiyə). Qonaq masası – Perla. Qonaq stulları – Oktayoğlu. Qonaq və yataq otaqlarının bütün mebelləri yüksək keyfiyyətlidir. Hər üç çarpayı bazalıdır. Döşəklər İstikbal markalı olub Bellona mağazasından alınıb. Məişət texnikası: Bosch iri həcmli soyuducu. LG qabyuyan maşın (Koreya istehsalı). Vestel paltaryuyan. Bosch paltarqurudan. DD Nitron Plus 24 kombi. AUX kondisioner (2 ədəd). Mənzildə olan bütün məişət texnikaları yenidir və cəmi 3 ay istifadə olunub. Hamam: Hər iki sanitar qovşağında istifadə olunan material və aksesuarlar Avropa və Türkiyə istehsalıdır. Duş və krant sistemləri E.C.A brendidir. İnfrastruktur: Kompleks şəhərin ən əlverişli ərazilərindən birində yerləşir. Yaxınlıqda 24, 28, 33 və 34 nömrəli məktəblər, 56 nömrəli və özəl uşaq bağçaları (Esmanur və s.), Premium, Hiper, Gold Qayalı, Araz və Bravo marketləri, avtobus dayanacağı və dəmir yolu stansiyası yerləşir. Bütün bunları ətraflı görmək və dəyərləndirmək üçün bir dəfə mənzilə yaxınlaşmağınız kifayət edər)) Zəng və ya WhatsApp. Mənzildə yalnız qonaq otağının lüstürü yoxdur. Bunun səbəbi adət-ənənəyə əsasən yeni ev sahibinin onu öz zövqünə uyğun seçməsinə imkan yaratmaqdır. Hazırda mənzildə heç kim yaşamır və qeydiyyatda heç kim yoxdur. Bütün sənədlər qaydasındadır və mənzil istənilən vaxt alıcıya təhvil verilə bilər. Təmirli, Qaz, Su, İşıq, Kabel TV, Lift, Seyf Qapı, PVC pəncərə, Balkon, Kondisioner, Mətbəx mebeli, Əşyalı, Kombi sistemi
REKLAM