Təyinatı - yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü - xüsusi. Sənəd - ev və torpağın çıxarışı, ipotekaya - yararlıdır.
Torpaq sahəsi sənədlə 56 sotdur, əlavə 30 sot civarı bələdiyyə ərazisi də var. Bölünüb satıla bilər - quruluşa uyğun 20-35 sot arası, uyğun gələn ölçüdə (bölünmə xərcləri alıcıya məxsusdur).
Həyətdə köhnə tikili, lakin səliqəli və yaşayışa uyğun 1 mərtəbə, kürsülü ev də mövcuddur. Qonaq otağı, mətbəx, 2 yataq otağı və sanuzeldən ibarətdir.
Ev ilə birlikdə, 56 sot sənədli sahə, ümumilikdə - 170.000 manata, 56 sotdan əlavə mövcud 30 sot civarı bələdiyyə torpağının sotu, 1500 manatdan təklif olunur.
Həyətdə müxtəlif növdə bar verən meyvə ağacları mövcuddur. Yolu asfaltdır (400 metr civarı hamar torpaq yol). İşıq, internet, bulaq suyu - kəsintisiz. 3 tərəfdən dağlara mənzərə açılır, torpağa yaxın çayın bir qolu keçir. Şəkillər yaxınlaşdırılmadan çəkilib, dağlara məsafə görünən kimidir.
Kənd mərkəzi, dəniz səviyyəsindən 810 metr hündürlükdə yerləşir. Nə aran səviyyəsində deyil, nə də çox yüksəkdə. Ünvan - Həmzəli, Bum və Qəmərvan kəndlərinin yanında yerləşən Tikanlı kəndidir.
© Elan sahibi · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.