Metro Park Bakıxanov, 5A — 116,3 m², 3 otaqlı mənzil satılır
Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi 21 ünvanında yerləşən Metro Park yaşayış kompleksinin 5A binasında özümə məxsus 3 otaqlı mənzil satılır.
Mənzil 14 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 116,3 m²-dir. Həyətə baxan, işıqlı künc mənzildir.
Mənzilin planı:
• Geniş zal — 24,8 m²
• İki yataq otağı — 20,8 m² və 17,5 m²
• Ayrıca mətbəx — 18,9 m²
• İki sanitar qovşaq
• İki eyvan
Mənzil təmirsizdir, tikinti mərhələsindədir. Təmirə təhvil verildikdən sonra otaq bölgüsünü və interyeri öz zövqünüzə uyğun təşkil etmək mümkündür.
Binanın təhvili 2027-ci ilin dekabrına nəzərdə tutulur. Sənəd müqavilədir. Gələcəkdə çıxarışın (kupçanın) verilməsi nəzərdə tutulur.
Metro Park Yaşayış Kompleksinin üstünlükləri
Kompleksdə sakinlərin rahatlığı və təhlükəsizliyi üçün aşağıdakı imkanlar nəzərdə tutulur:
• 24/7 mühafizə və kamera nəzarəti
• Sürətli və səssiz liftlər
• Geniş və abadlaşdırılmış həyət
• Uşaqlar üçün oyun meydançası
• Yaşıllıq və istirahət zonaları
• Futbol, basketbol və voleybol meydançaları
• Yeraltı və yerüstü avtodayanacaq
• Kompleks daxilində supermarket və aptek
Qiymət və ödəniş şərtləri
Ümumi satış qiyməti 244 230 AZN — 1 m² üçün 2 100 AZN.
• Sahibə ödəniləcək məbləğ — 164 230 AZN
• Tikinti şirkətinə qalıq ödəniş — 80 000 AZN
• Qalıq məbləğ 25 ay ərzində aylıq 3 200 AZN olmaqla ödənilir
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Qaraj və ya ayrıca parkinq yeri satış qiymətinə daxil deyil. Vasitəçilərlə əməkdaşlıq mümkündür. Ofis haqqı 1%-dir.
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
© Vüqar · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.