Gənclik parkı ilə üzbəüz, Sərhədçi MTK-da tam təmirli və əşyalı 3 otaqlı mənzil satılır!
Sərhədçi MTK-ya məxsus 13 mərtəbəli yeni tikilinin 11-ci mərtəbəsində yerləşən mənzil qanuni 3 otaqlıdır. İçəridən-içəriyə sahəsi 118 m² təşkil edir. Geniş yaşayış sahəsi, iki balkonu və əlverişli yerləşməsi ilə ailəvi yaşayış üçün rahat seçimdir.
Tam təmirli, mebel və məişət texnikası ilə təchiz olunub. Mənzil bütün əşyaları ilə birlikdə satılır. Soyuducu, kondisioner, qabyuyan, paltaryuyan, mikrodalğalı soba və digər lazımi əşyalar satışa daxildir. Mənzil köçüb yaşamaq üçün hazırdır.
Mənzilin 2 balkonu mövcuddur. Mətbəx daxil olmaqla bütün otaqlardan balkona çıxış var. Balkonlardan biri plastik pəncərələrlə bağlanıb və həmin sahəyə istilik sistemi xətti çəkilib. Əlavə saxlama yeri üçün balkonda şkaf da quraşdırılıb.
Hamam və tualet ayrı-ayrıdır. Mənzilin istilik sistemi kombidir.
Çıxarış mövcuddur. Mənzil hazırda illik 7%-li dövlət ipotekasındadır, qalıq borc 80 000 AZN təşkil edir. İpotekanın alıcının adına keçirilməsi mümkündür. Sənədləşmə və addan-ada keçirilmə prosesində lazımi dəstək göstəriləcək.
Yerləşmə və bina üstünlükləri:
* Gənclik parkı ilə üzbəüz yerləşir.
* Metroya təxminən 10 dəqiqəlik piyada məsafəsindədir.
* Binanın geniş həyəti mövcuddur.
* Yeraltı dayanacağı var.
Parkın yaxınlığında, metroya rahat çıxışı olan, tam təmirli və əşyalı mənzil
© İqbal · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.