Prayk
Satılık 4 odalı müstakil ev / Yazlık / Villa, 132 m² — Ev, villa, Bakı
99 000 ₼

Satılık 4 odalı müstakil ev / Yazlık / Villa, 132 m²

SatılıkAnaliz edildiİkinci el3 hafta önce
Şehir
Bakı
Tapu var
Evet
İşlem türü
Satılık
Emlak türü
Müstakil ev / Yazlık / Villa
Oda sayısı
4
Alan
132 m²
Arsa alanı
3 sot
Satıcı
Mal sahibi
Tarih
Görüntülenme
26
Numara
№4671669

Açıklama

Salam. Şəxsi özümə məxsus həyət evimi satıram. Xahiş edirəm ətraflı oxuyub daha sonra sizə uyğundursa əlaqə saxlayın. Ev Qobu qəsəbəsində Kərpic zavod tərəfdə Telman Adıgözəlov küçəsində yerləşir. Yerləşmə yeri çox idealdır. Əsas yoldan 50 m məsafədədir. Əsas yoldan 3-cü evdir. Yerdən 14 daş (2.8 m ) kürsülü tikilib. Zirzəmidə rahat gəzmək olur. Fundamenti betonzavoddan alinma 400 marka beton ile tökülüb, evin zirzəmisinin üstündən və yuxarisindan Kəməri var. Evdə 1 zal, 3 yataq otağı, 1 mətbəx, 2 sanitar qovşaq var. Otaqlar hamısı təmirlidir. Yataq otağının birində və mətbəxdə aboy vurulmayıb. Ev 2019-cu ildə tikilib, Hər il hissə-hissə təmir olunub. Evin ölçüsü 12.5 m--10.8 m ölçüdədir. Həyəti genişdir. Həyətdə 10 tonluq Su baseni , Sanitar qovsaq var. Həyətə 2 maşın rahatlıqla yerləşir. Evin arxasında ayrıca giriş-çıxışı olan əlavə Kirayə üçün nəzərdə tutulmuş 2 otaqlı tikili var ( 50 kv), təmirsizdir. Təmir edib rahatlıqla 300 manata kirayə vermək olar. Qazın, suyun, işığın sayğacları var, hamısı öz adımadır. Torpaq 3 sotdur. Torpağın Kupçası var, Evin tikintiyə icazə sənədi var. Alan adam istəsə özü rahatlıqla Kupça ala bilər. Allah alana da satana da xeyir versin.
REKLAM
WhatsApp