Sumqayıt şəhəri, 48-ci məhəllədə 4 otaqlı mənzil satılır
Sumqayıt şəhəri, 48-ci məhəllə, 18-ci mikrorayon, Elmarın kruqunda, Karanandaş mağazasının arxasında yerləşən 5 mərtəbəli daş binanın 5-ci mərtəbəsində geniş və səliqəli mənzil satışa təqdim olunur.
Mənzilin sənədlə sahəsi 74.40 kv.m, eyvanla birlikdə 83.4 kv.m, faktiki sahəsi isə 93 kv.m təşkil edir. Sənəddə 3 otaq göstərilsə də, iki əlavə artırma hesabına mənzil faktiki olaraq 4 otaqdan ibarətdir.
Mənzilə geniş qonaq otağı, 3 yataq otağı, mətbəx, dəhliz, balkon, ayrı hamam və sanitar qovşaq daxildir.
Mənzildə kombi istilik sistemi quraşdırılıb, radiatorlar səliqəli şəkildə yerləşdirilib. Mətbəxdə isti döşəmə mövcuddur. Wi-Fi xətti çəkilib. Balkonda kombi və əlavə mətbəx mebeli yerləşdirilib. Su, qaz və işıq daimidir.
Mənzil şəxsi yaşayış üçün istifadə olunub və hazırda yaşayışa tam yararlıdır. Alıcı tərəfindən əlavə təmir və ya ciddi xərc tələb olunmur.
Yerləşmə və infrastruktur
Bina yerləşmə baxımından əlverişli ərazidədir. Əsas yola, Karanandaş mağazasına, Elmar marketə, 41 nömrəli məktəbə, uşaq bağçasına, apteklərə və müxtəlif iaşə obyektlərinə piyada məsafəsində yerləşir.
Məhəllədə AL Market, 2 OBA market, uşaq bağçası və tam orta məktəb fəaliyyət göstərir.
Sənəd və ipoteka
Mənzilin çıxarışı mövcuddur və dövlət ipotekasına yararlıdır. İpoteka krediti vasitəsilə mənzili əldə etmək mümkündür.
Qeyd: Mənzil 5-ci mərtəbədə yerləşir. Binada lift yoxdur. Alıcı öz zövqünə uyğun olaraq qapılarda və bəzi divar kağızlarında dəyişiklik edə bilər.
Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.
Alıcı 1% Ofis xidmət haqqı ödəyir.
© Evemlak.az Daşınmaz Əmlak Agentliyi · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.