Elmlər Akademiyası metrosunun düz çıxışında yerləşən premium səviyyəli yaşayış kompleksində, dənizə, Alov qüllələrinə, Teleqülləyə və Hüseyn Cavid parkına möhtəşəm panoraması olan mənzil satılır. Sənədləri tam qaydasındadır, Kupçası (Çıxarışı) var. 19 mərtəbəli yeni tikili binanın 15-ci mərtəbəsində yerləşən mənzil qanuni 4 otaqdan, 3 sanuzeldən ibarətdir və ümumi sahəsi 216 m²-dir. Binanın hər mərtəbəsində cəmi 2 mənzil mövcuddur. Mənzilin bütün qapı və pəncərə sistemləri Almaniya brendi olan yüksək keyfiyyətli "Schuco" markasındandır.
Kompleks mərkəzi istilik, mərkəzi su və çiller (mərkəzi soyutma) sistemləri ilə tam təchiz olunub. Binanın 3 mərtəbəli geniş yeraltı parkinqi mövcuddur; yer problemi yoxdur, kifayət qədər boş yerlər var. Sakinlərin təhlükəsizliyi üçün binada 24 saatlıq mühafizə xidməti və fasiləsiz işləyən sürətli liftlər fəaliyyət göstərir.
© Kənan · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.