Şüvalan qəsəbəsində 5.5 sot torpaq sahəsində yerləşən, 172 kv.m sahəsi olan, 5 otaqlı möhtəşəm bağ evi satışa çıxarılıb. Ev həm yay, həm də qış aylarında rahat yaşayış üçün nəzərdə tutulub. 4 yataq otağı, geniş studio zal-mətbəx və 4 sanitar qovşağından ibarətdir. Həyətində böyük, qızdırılan, isti filtrlə təchiz olunmuş hovuz, yay-qış mətbəxi, besedka, manqalxana və ayrıca kombi otağı mövcuddur. Ev şəxsi istifadə məqsədilə yüksək keyfiyyətlə inşa edilib. Tikinti zamanı monolit beton konstruksiya, möhkəm beton kalonlar və dəmir-beton kəmər sistemi tətbiq olunub. Bütün kommunikasiya xətləri mövcuddur, qaz, su, işıq və internet təmin edilib. Kamera müşahidə sistemi quraşdırılıb. Həyətində dekorativ ağaclar, yaşıllıqlar və gözəl landşaft mövcuddur. Əsas yoldan cəmi 800 metr məsafədə yerləşir. Sənədləri tam qaydasındadır, çıxarış (kupça) mövcuddur. Həm daimi yaşayış, həm də dörd fəsil ailəvi istirahət üçün ideal bağ evidir. Ətraflı məlumat və evə baxış üçün əlaqə saxlaya bilərsiniz!
© ipoteka.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.