Əhmədlidə, Neapol dairəsi yaxınlığında Tam Əşyalı 5 Otaqlı Mənzil Satılır!
Xətai rayonunun ən infrastrukturlaşmış ərazilərindən birində — Əhmədli metrosuna yaxın, Neapol küçəsində, tanınmış "555 Servis"in tam yaxınlığında, Leninqrad layihəli binada möhtəşəm mənzil satışa çıxarılıb.
Mənzilin Özəllikləri:
Mərtəbə: 9 mərtəbəli binanın 3-cü mərtəbəsi və orta blok (ən prestijli və tələb olunan mərtəbə).
Otaq sayı: 5 (geniş və işıqlı otaqlar).
Sahəsi: 120 kv.m (yelçəkən/skvaznoy planlaşdırma).
Vəziyyəti: Mənzil şəkillərdə göründüyü kimi təmirdir, səliqəli saxlanılıb. , İstilik sistemi kombidir.
Təchizat: Mənzil tam əşyalı satılır. Qonaq, yataq, uşaq otağı mebelləri və lazım olan avadanlıqlar qiymətə daxildir. "Köç yaşa" vəziyyətindədir.
İnfrastruktur:
Binanın ətrafında orta məktəblər, bağçalar, supermarketlər, apteklər, poliklinika və istirahət parkları mövcuddur. Nəqliyyat qovşağına yaxındır, metroya piyada 15 dəqiqə məsafədədir.
Qiymət: 260 000 AZN.
Real alıcı ilə mənzilə baxdıqdan sonra qiymətdə simvolik endirim mümkündür.
Qeyd: Şirkətin xidmət haqqı alıcı tərəfindən 1% təşkil edir.
Əlavə məlumat və baxış üçün zəng edin.
© Fərid Dadaşov · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.