Novxanıda Bağ Evi Satışda – , Tam Əşyalı
Bakıətrafı ən sürətlə inkişaf edən və ən çox tələbat olan yaşayış məntəqələrindən biri olan Novxanıda, Prezident Aparatının bağları kimi tanınan prestijli ərazidə yerləşən bu möhtəşəm bağ evi satışa çıxarılıb.
Ümumi 10.5 sot torpaq sahəsində inşa edilmiş 260 kvadratmetr yaşayış sahəsinə malik ev yüksək keyfiyyətli materiallarla, uzunömürlü və etibarlı tikinti standartlarına uyğun olaraq inşa olunub. Tikili 6 geniş otaqdan və 3 sanitar qovşağından ibarətdir. Evin bütün mərtəbələri monolit betonla örtülüb, dam örtüyü də monolit konstruksiyadır. Qoşa daşla tikilmiş bu möhkəm tikili gələcəkdə əlavə 3 mərtəbə tikintisinə imkan yaradır.
Ərazi yüksək nöqtədə yerləşdiyindən evdən möhtəşəm dəniz panoraması açılır. Həyətində yay mətbəxi, istirahət üçün geniş besetka, qaraj və müxtəlif növ meyvə ağacları mövcuddur. Bağ həm daimi yaşayış, həm də istirahət üçün ideal seçimdir.
Kommunikasiya xətləri tam hazır vəziyyətdədir:
* Qaz
* Su
* Elektrik
* 3 fazalı elektrik sistemi
* Sürətli internet
* Dövlət kanalizasiya sistemi
Əlavə üstünlüklər:
* Ev tam əşyalı satılır
* Avtomatik idarə olunan darvaza
* Yol tam asfalt örtüklüdür
* İctimai nəqliyyat evin qarşısından keçir
* Market və digər iaşə obyektlərinə yaxın məsafədə yerləşir
* İpoteka üçün yararlıdır
* Prestijli və təhlükəsiz məhəllə
Novxanı son illərdə geniş infrastruktur layihələri, yeni yaşayış kompleksləri, müasir kommunikasiya sistemləri və dənizkənarı yerləşməsi ilə Bakıətrafı ən perspektivli ərazilərdən birinə çevrilib. Bu səbəbdən əmlakın həm yaşayış, həm də investisiya baxımından gələcək dəyər artımı potensialı yüksəkdir.
Qiymət: 211.500 AZN
Real alıcı ilə yerində baxış zamanı qiymətdə razılaşma mümkündür.
© Rəşad bəy · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.