TORPAQ SATILIR – 6 SOT | ÇIXARIŞLI | HASARLI
Torpaq sahəsi: 6 sot (30 × 20 metr)
Sənədlər: Çıxarış (kupça)
- Mülkiyyət növü: Xüsusi mülkiyyət
- Kateqoriya: Yaşayış məntəqələrinin torpaqları
Torpaq sahəsinin üstünlükləri:
• Fundamental hasar: Sahə 4 tərəfdən hasarlanıb. Hasarın alt hissəsi armatur-beton kəmərlə möhkəmləndirilib. Aşağı hissəsi 1 metr hündürlükdə qoşa daşdan, yuxarı hissəsi isə sütunlu (tumbalı) tək daş hörgüdən ibarətdir.
• Fərdi layihə üçün əlverişli: Darvaza yeri açılmayıb. Alıcı öz layihəsinə və istəyinə uyğun olaraq giriş qapısını istədiyi istiqamətdə təşkil edə bilər.
• Məxfilik və rahatlıq: Həyətin heç bir istiqamətində qonşu evlərdən sahəyə birbaşa baxan pəncərə və ya balkon yoxdur.
• Geniş küçə və kommunikasiyalar: Küçə genişdir. Kanalizasiya xətti istisna olmaqla, digər kommunikasiya xətləri torpaq sahəsinin qarşısından keçir.
• Möhkəm qrunt: Torpaq şirəli qum qatından, alt hissəsi isə bərk qruntdan ibarətdir. Ərazidə su yığılması və yeraltı su sızması problemi müşahidə olunmur.
• Təmiz hava və əlverişli iqlim: Ərazi havasının təmizliyi, quru iqlimi və daim əsən yüngül mehi ilə seçilir. Ərazisinin H.Z. Tağıyev hava axını xətti üzərində yerləşməsi əlavə üstünlükdür.
Torpaq fərdi yaşayış evi tikintisi üçün əlverişlidir.
Satış birbaşa mülkiyyətçi tərəfindən həyata keçirilir. Vasitəçilər və qeyri-ciddi alıcılar narahat etməsinlər. Yalnız real alıcılarla əlaqə saxlamağınız xahiş olunur.
© Rüfət · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.