Satınalma üzrə baş mütəxəssis

Anlaşmalı
Satınalma üzrə baş mütəxəssis
Kontrol edildiBugün
ŞehirQəbələ
Tarih
Görüntülenme4
Numara№4097913
Açıklama
Şirkətin satınalma ehtiyaclarının müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanmasında iştirak etmək;Yerli və xarici təchizatçıların araşdırılması, qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması;Təchizatçılarla kommersiya danışıqlarını aparmaq, optimal qiymət və əməkdaşlıq şərtlərini əldə etmək;Satınalma sifarişlərinin hazırlanması, müqavilələrin tərtibi və icrasına nəzarət etmək;Satınalma proseslərinin şirkətin daxili prosedurlarına və təsdiq edilmiş büdcəyə uyğun həyata keçirilməsini təmin etmək;Təchizat müddətlərinə nəzarət etmək, gecikmələrin qarşısının alınması üçün tədbirlər görmək;Satın alınan mal və xidmətlərin keyfiyyətinə, spesifikasiyalara və müqavilə şərtlərinə uyğunluğunu izləmək;Bazar araşdırmaları aparmaq, qiymət dəyişikliklərini və yeni təchizatçı imkanlarını izləmək;Satınalma üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;Müvafiq şöbələrlə koordinasiyalı işləyərək satınalma proseslərinin səmərəliliyini artırmaq.
Tələblər:
Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üzrə);Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi (texnika və kənd təsərrüfatı sahələri üzrə təcrübəyə üstünlük veriləcəkdir);Xarici təchizatçılarla əməkdaşlıq və beynəlxalq satınalma proseslərinin idarə edilməsi təcrübəsi;Məlumatların təhlili və satınalma xərclərinin optimallaşdırılması üzrə bacarıqlar;Tender, təchizatçı idarəetməsi və müqavilələrin hazırlanması üzrə təcrübə;İngilis dili biliyi mütləqdir (yazılı və şifahi), Rus dili biliyi arzuolunandır;Güclü analitik düşünmə, danışıqlar aparmaq və hesabatvermə bacarığı.
Qeyd: İş yeri Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir. Qəbələ və yaxın rayonlarda yaşayan namizədlərin müraciətlərinə baxılacaqdır.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: AzRose MMC
Yer: Qəbələ, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azrose/azrose-satinalma-uzre-bas-mutexessis-10867540/apply
