TAİS-İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Satınalma və Logistika meneceri” axtarırıq.
Vəzifə öhdəlikləri:
Şirkətin satınalma və təchizat ehtiyaclarını müəyyənləşdirmək
Təchizatçılar üzrə bazar araşdırması aparmaq və qiymət təklifləri toplamaq
Optimal qiymət və keyfiyyət şərtləri əsasında təchizatçıları seçmək
Satınalma sifarişlərini hazırlamaq və icrasını təşkil etmək
Təchizatçılarla danışıqlar aparmaq və əməkdaşlıq əlaqələrini qurmaq
Satınalma müqavilələrinin hazırlanması və icrasına nəzarət etmək
Satınalma büdcəsinə və xərclərə nəzarət etmək
Təchizatçılar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsini izləmək
Çatdırılma zamanı yaranan gecikmə, çatışmazlıq və digər problemlərin həllini təşkil etmək
Satınalma xərclərinin optimallaşdırılması və büdcədən səmərəli istifadə ilə bağlı tədbirlər görmək
Anbar və logistika bölmələri ilə koordinasiyanı təmin etmək
Satınalma və təchizat fəaliyyəti üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Namizədə tələblər:
Ali təhsil (iqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahə üzrə).
Satınalma və təchizat sahəsində minimum 5 il iş təcrübəsi.
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı.
Analitik düşünmə və problem həll etmə bacarığı.
Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı
İş şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
İş yeri: TAİS-İKF MMC
Ünvan: Bakı şəhəri
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma və Logistika meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 27.12.2026
© TAİS İKF · jobsearch.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.