
Bakı5
Satınalmalar şöbəsinin müdir müavini
Satınalmalar şöbəsinin müdir müavini
2 310 ₼
Kontrol edildi1 hafta önce
Açıklama
Vəzifə öhdəlikləri:
”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində açıq tender üsulunu tətbiq etməklə elektron satınalma, təkliflər sorğusu və kotirovka sorğusu prosedurlarının keçirilməsinin təşkil edilməsi ilə bağlı işləri nəzarətdə saxlamalı;
Tender sorğularının hazırlanmasına və qiymətləndirilməsinə nəzarət etməli, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılmasını təmin etməli;
Bazarın təhlilini, tələb olunan materialların daxili və xarici bazarda araşdırılmasını, təchizatçı bazasının hazırlanmasını və təhlilini təmin etməli;
Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsinə nəzarət etməli;
Təchizat sifarişlərinin düzgün idarə edilməsinin (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) nəzarətdə saxlanılmasını həyata keçirməli;
Satınalma müqavilələrinin şərtlərinə əsasən müqavilə öhdəliklərinin icrasına nəzarət etməli;
Təchizatçıların seçimi, analizi və qiymətləndirilməsinin təmin etməli;
Sənədləşmələrin düzgün şəkildə təşkil edilməsinə nəzarət etməli;
Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirməli.
Vəzifəyə dair tələblər:
Ali təhsil (hüquq, iqtisadi, texniki)
Azərbaycan, rus və ingilis dillərini bilməli;
Müvafiq sahədə (Satınalmalar üzrə) 3-5 il iş təcrübəsi;
Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət
Satınalmaların Təşkili və İdarə olunması barədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
Komanda ilə işləmək bacarığı;
Analitik təhlil;
Dəqiqlik;
Məsuliyyətlilik.
İş qrafiki:
5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
İstirahət günləri - şənbə və bazar
Əmək haqqı 2310 AZN (GROSS) müəyyən ediləcək.
Uyğun namizədlər CV-lərini “Satınalmalar şöbəsinin müdir müavini” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196117/satinalmalar-sobesinin-mudir-muavini
REKLAM













